“Süni qiymət artımının qarşısı alınmalıdır” — Əli Məsimli

12-02-2019, 13:47           
“Süni qiymət artımının qarşısı alınmalıdır” — Əli Məsimli
Azərbaycan prezidentinin minimum əmək haqqının 180 manata qaldırılararaq yaşayış minimumuna uyğunlaşıdırılması barədə verdiyi sərəncam təqdir olunası haldır.
"Ölkə.Az" xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi, iqtisadi islahatlar sosial sahədə həyata keçirilən islahatlarla özünün tam formada tamamlayır:
“Bu islahatlar xalq tərəfindən dəstəklənir. Bu sərəncam bir neçə cəhətdən vacibdir. Bu sərəncam eyni zamanda özəl sektordakı kölgə iqtisadiyyatının aradan qaldırılmasına öz müsbət təsirini göstərəcək”.

Bununla belə deputat onu da bildirib ki, bir sıra işbazlar istifadə edərək süni qiymət artımına nail olmağa çalışacaqlar:
“Novruz bayaramı ərəfisndə süni qiymət artımı gözlənilir. Ölkə başçısının fevralın 8-də imzaladığı sərəncamın aztəmanatlı ailələrin xeyrinə işləməsi üçün Novruz bayramı ərəfəsində və ümumiyyətlə süni qiymət artımının qarşısı alınmalıdır”- Ə.Məsimli deyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.