Seçicilər Hacı Salayevi axtarırlar

23-10-2015, 10:34           
Seçicilər Hacı Salayevi axtarırlar
44saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Ancaq nədənsə, biznesmen-deputat hazırda vəkili olduğu bərbad durumda olar ərazilərə baş çəkçəkdən imtina edir. Bu barədə mia.az-a müraciət edən Sumqayıt şəhər 47-ci məhəllə sakimləri bildiriblər ki, son 5 ildə deputatları Hacı Salayevin üzünü belə görməyiblər. H.Salayevin seçicilər onu da qeyd ediblər ki, onun Milli Məclisdə susqun mövqe tutması bir yana, yaşadığımız məhəllənin problemləri ilə bir dəfə də olsun maraqlanmayıb: "Bizim deputat sarıdan üzümüz heç zaman gülməyib. Bir vaxtlar iş adamı Tofiq Hüseynli bizi Milli Məclisdə təmsil edirdi, amma heç olmasa, ildə-ayda bir dəfə də olsa, seçiciləri yada salırdı. Hacı Salayev isə 5 ildə bir dəfə yüzlərlə ailənin yaşadığı bu məhəlləyə ayaq basdığını görməmişik.

Hazırda məhəlləmiz ucqar kəndi xatırladır. Bütün daxili yollar dağılıb bərbad vəziyətdədir. Amma bir dəfə də olsun, deputatımız məhəlləmizə təşrif buyurmayıb ki, hansı vəziyyətdə yaşadığımız görsün. Biz Hacı Salayevin iş adamı olduğunu və böyük imkanlara sahibləndiyini bilirik. Əslində, ondan məhəlləmizə yol çəkməsini istəmirik. Sadəcə, vəkillik edib problemlərimizi lazımi instansiyalar qarşısında qaldırsın. Artıq Hacı Salayev fərqli insanların deputatı olmağa iddialıdır. Ancaq son beş ildə bizi necə təmsil etdiyi ortadadır. Ona görə də Sumqayıtın bu başını "abad" edən deputatın, bundan sonra o biri başını necə "abad" edəcəyi göz önündədir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.