ABŞ hərbi gəmisi Odessada: Rusiyadan kəskin reaksiya

26-02-2019, 08:51           
ABŞ hərbi gəmisi Odessada: Rusiyadan kəskin reaksiya
"Donald Kuk" hərbi gəmisinin Odessa limanına gəlişi ABŞ-ın açıq bir şəkildə Qara dənizdə varlığını artırdığını göstərir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ehtiyatda olan general-mayoru Vladimir Boqatırev bildirib.

Boqatırev qeyd edib ki, hərbi gəminin Odessaya gəlməsi Qara dənizdə ilk güc nümayişi olmaqla yanaşı, Ukraynadakı prezident seçkiləri ərəfəsində baş verənlərə siyasi dəstəkdir:

"Bütün bu hərəkətlər tamamilə qıcıqlandırıcı bir addımdır. ABŞ Qara dənizdəki varlığını artıraraq və buraya NATO gəmilərini göndərərək Rusiyanın cənub sərhədlərində yeni bir siyasi gərginlik zonası yaratmağa çalışır, gücünü nümayiş etdirir və eyni zamanda donanmamızın malik olduğu müdafiə imkanlarını yoxlayır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.