Bu il Bakıya gətirilən avtobusların qiyməti neçəyədir?

21-04-2015, 16:30           
Bu il Bakıya gətirilən avtobusların qiyməti neçəyədir?
Bu il Bakıya gətirilən avtobusların qiyməti ilə bağlı iqtisadçı ekspert İlham Şaban sosial şəbəkədəki statusunda yazıb. Yalnız faktlardan ibarət olan statusunda iqtisadçı ekspert yazır ki, 2015-ci ilin 2 ayında Azərbaycana gətirilən «İsuzu» avtobuslarının gətirilməsi üçün 21 milyon 310 min 100 ABŞ dolları xərclənib. Gömrük bəyənnamələrinə görə Bakıya gətirilən bir avtobusun qiyməti 179 min 76 dollardır.
GUNDEMİNFO.AZ yazır ki, «İsuzu» avtobuslarının Türkiyədə istehsalı həyata keçirilir və hazırda sıfır kilometr bu avtobusların zavoddan satış qiyməti 110 min türk lirəsidir ki, bu da 70 min manat edir. Azərbaycana gətirilən avtobusların isə real qiymətlərdən azı 2.5 dəfə şişirdilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.