Qara kürünün dadına həsrət Azərbaycan: Süni məhsul marketlərdə "boy göstərir" - FOTOREPORTAJ

14-03-2019, 11:48           
Dünyanın ən qiymətli delikateslərindən olan qara kürünün 80 faizdən çoxu isə Xəzər dənizindən əldə olunur. Lakin Xəzərdə nərə balığının kökü kəsilmək üzrədir, bu səbəbdən nərə ovuna qadağa qoyulub.

Deməli bu məntiqlə Bakıda qara kürü və ya qırmızı kürü tapmaq da gərək asan iş olmasın. İnsanların istifadə etdiyi əsl kürülər adi ərzaq mağazalarında satılmır. Lakin böyük supermarketləri, mağazaları gəzdikdə müxtəlif adlarda kürülərə rast gəldik.Qara kürünün dadına həsrət Azərbaycan: Süni məhsul marketlərdə "boy göstərir" - FOTOREPORTAJ

Satıcılar deyirlər ki, Rusiya istehsalı olan bu kürünü kasıblar alır, görüntü yaratmaq üçün. Əsl qara kürü isə balıq mağazalarında və bazarlarda əl altdan satılır.

Bəs, ucuz kürülərin keyfiyyəti nə qədər yüksəkdir? Ümumiyyətlə, bu məhsulların istifadəsi məqsədəuyğundurmu?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik.

Ekspert Cebhe.info-ya açıqlamasında ucuz kürülərin istifadəsinin sağlamlığa təsir göstərə biləcəyini bildirib:

“Marketlərdə satılanlar suni kürülərdir. Vətəndaşlarımıza məsləhət edirik ki, onlardan istifadə edilməsinlər. Belə məhsullar bir çox hallarda sizin sağlamlığınıza mənfi təsir göstərə bilər”.

Dünyanın bir çox nəşrləri, iqtisadi təşkilatları Azərbaycanı kürü istehsalına görə, dünyanın lideri hesab edir. Lakin sadə vətəndaşlarımız bu nemətimizdən yetərincə istifadə edə bilmirlər. Etmək istəsə də, əslindən yox, sunisindən yararlanır. Dünyanı təmin etdiyimiz bu məhsuldan özümüzün məhrum olması ağrılı olsa da, reallıqdır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.