“Təzə bəy” hamamına gedənləri belə soydular – Foto/Fakt

18-03-2019, 08:53           
Bu günlərdə Bakıda fəaliyyət göstərən “Təzə bəy” hamamına gedən adamları peşman ediblər.
“Təzə bəy” hamamına gedənləri belə soydular – Foto/Fakt

Reportyor.info-nun məlumatına görə, paklığa çıxmaq istəyən müştərilərin belə desk, dərisini soyub, ciyərini çıxarıblar. Belə ki, onlardan 682 manat hesab alınıb. Bu fantastik məbləğ isə hamamda qiymətlərin iki qat baha olması ilə əlaqədardır.

“Təzə bəy”ə böyüklərə giriş 15, uşaqlara 10 manatdır. Halbuk, əksər hamamlarda böyüklərə giriş 10-12 manatdır. Hər yerdə 10 manat olan kisə isə burada 14 manat, hər yerdə yarım saatı 10 manat olan masaj isə 20 manatdır.

Müştərilərin hamamın restoranında yeyib-içməsi onlara beş qat baha başa gəlib. Adi 30-40 qəpiklik limon 2 manatdan, , bir siqaret 6 manatdan hesablanıb.

Sabun, maçalka, şampun və ən xırda zəruri ehtiyaclar iki dəfə artıq hesablanıb və hamamdan təmizlənib çıxanlar hesab qəbzini görəndə gözləri hədəqəsinə çıxıb – 682 manat. Ümumiyyətlə, “Təzə bəy” Bakının ən bahalı, soyğunçu hamamlarından biridir. İndi özünüz nəticə çıxarın, həmişə təmizlikdə!!!














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.