Ermənilər Onu Etməmişdi, Füzulinin Icra Başçısı Etdi – DƏHŞƏTLİ VİDEO

19-03-2019, 07:57           
Ermənilər Onu Etməmişdi, Füzulinin Icra Başçısı Etdi – DƏHŞƏTLİ VİDEO
Füzulinin icra başçısı Alı Alıyev insanlığa zidd əmələ imza atıb.


Teref.az arqument.info-ya istinadla xəbər veririk ki, icra başçısı Horadiz qəsəbəsində yaşı bir əsrə yaxın olan nadir ağac növünə aid 10-larla Xan çinarı ağacını kəsdirib.
Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib.

O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.

N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan “20 Yanvar” küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarı kəslib, yox edilib.

O, azfakt.com-a bildirib ki, “20 Yanvar” küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib.

Məlumata görə, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya Xan çinarları Horadiz şəhəri “20 Yanvar” küçəsinin hasarlarının görünüşünə mane olurmuş: “Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları buna müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub. Görünür, prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı, icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan çinarlarını kəsdirməzdi…”

Videonu çəkən şəxs qeyd edir ki, qəsbənin ermənilər tərəfindn işğalı zamanı düşmən belə bu ağaclara dəyməyib. Qəsəbədəki digər ağaclar kəsilib yadırılsa da, ermənilər xan çinarlarına toxunmayıb.

Çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.