«Aqroazerinvest»in adı ilə Azərbaycana daxil olan mallarda kimlərin payı var? - Erməni şərikləri olan azərbaycanlı biznesmen

21-04-2015, 17:45           
«Aqroazerinvest»in adı ilə Azərbaycana daxil olan mallarda kimlərin payı var? - Erməni şərikləri olan azərbaycanlı biznesmen
Xəbər vermişdik ki, Azərbaycandan olan iş adamlarından biri Rusiyada yaşayan ermənilərlə biznes quraraq, ölkəyə günəbaxan tumları gətirir. Bizə verilən məlumatda vurğulanırdı ki, həmin şəxs Salman Hüseynovdur və onun Krasnodarda yaşayan erməni iş adamları ilə geniş əlaqələri var. Məlumatda vurğulanırdı ki, Salman Hüseynov uzunmüddətdən bəri Azərbaycana günəbaxan tumları gətirir və onu ayrı-ayrı firmalara satır. Eyni zamanda o, günəbaxan tumlarını həm ucuz, həm də daha aşağı qiymətə həll etmək üçün «Aqroazerinvest» şirkətinin adı ilə gömrükdən keçirir. «Aqroazerinvest»in kimə məxsus olduğu bilinməsə də, onun yardımçı şirkət olduğu qeyd edilir.

Alınan məlumatlar sırasında o da vurğulanır ki, Krasnodardakı ermənidən mal alan Salman Hüseynov ona pulu təkcə köçürmə yolu ilə deyil, həm də «qara yolla» çatdırır. Bunun üçün onun Bakının mərkəzində Valyuta Dəyişmə Məntəqəsi açdığı da deyilir. 28 May küçəsində yerləşən həmin VDM vasitəsi ilə Rusiyaya pul ötürən Hüseynov, bununla izi itirməyə nail olur. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Salman Hüseynovun Bakıda mal satdığı bir neçə firma var. Onlardan biri Zabratda yerləşən və günəbaxan tumları istehsal edən firmadır. Adını dəqiqləşdirməyə çalışsaq da, qəsəbədəki həm çörək sexi, həm də tum satışı ilə məşğul olan firmanın yalnız rəhbərinin adını müəyyənləşdirməyə nail olduq. Əslən Naxçıvandan olan Nemət adlı şəxs Salman Hüseynovun «Malı Dərbənddən gətiririk» sözlərinə aldanaraq, uzun illərdir onun müştərisinə çevrilib.

Amma Salman Hüseynovla bağlı məsələ bununla da yekunlaşmır. Bu adamın pul xatirinə ermənilərlə etdiyi əməkdaşlığın həddi o qədər genişdir ki, hətta Ukraynaya belə gedib çıxıb. Əldə etdiyimiz məlumata görə, Salman Hüseynovun oğlu Samir Hüseynov hazırda Ukraynanın Vinnitsa şəhərində yaşayır və oradakı Texniki Universitetin tələbəsidir. Və işin ən maraqlı tərəfi isə odur ki, Samir Hüseynovu bu universitetə elə atasının Krasnodardakı erməni şərikləri düzəldiblər. İşin işçində bir başqa maraqlı məsələ daha var. Bu da Samir Hüseynova Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən möhlət hüququnun verilməsidir. Və bunun hansı səbəbdən, hansı xəstəliyinə və ya qüsuruna görə verildiyi də məlum deyil. Yox, əgər möhlət onun Vinnitsa Texniki Universitetində oxuması ilə bağlıdırsa, o zaman sual meydana çıxır: Təhsil Nazirliyi bu ali məktəbin diplomunu tanıyırmı? Vinnitsa Texniki Universiteti ilə hər hansı bir müqavilə varmı? Bizim dəqiqləşdirmələrə görə, Azərbaycan Təhsil Nazirliyi ilə VTU arasında heç bir əlaqə yoxdur və onların diplomları da tanınmır. O zaman daha bir sual meydana çıxır: Nərimanov rayon Səfərbərlik xidməti şöbəsi hansı əsasla Samir Hüseynova möhlət hüququ tanıyıb? Ümid edirik ki, Nərimanov rayon şöbəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general Arzu Rəhimov bununla bağlı məsələyə aydınlıq gətirəcək. \\ bizimdovr.az \\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.