"Sky Ekspress” mağazalar şəbəkəsinin Sumqayıt şəhərində yerləşən "Sulh Elektroniks” mağazasının işçiləri özlərini qanundan yuxarı sayırlar ŞİKAYƏT

26-04-2019, 16:43           
"Sky Ekspress” mağazalar şəbəkəsinin Sumqayıt şəhərində yerləşən "Sulh Elektroniks” mağazasının işçiləri özlərini qanundan yuxarı sayırlar  ŞİKAYƏT
Bankların, mağazaların borclu müştərilərlə kobud davranması adi hala çevrilib. Kredit borcunun yubanmasına görə müştərilərə zəng edilərək onlarla kobud danışılması halları ilə bağlı şikayətlərin artması da bunu təsdiqləyir. Təqdim etdiyimiz oxucu şikayəti də məhz bu qəbildəndir.

"Sky Ekspress” mağazalar şəbəkəsinin Sumqayıt şəhərində yerləşən "Sulh Elektroniks” mağazasından nootbuk alan Gülnarə Cəfərova krediti bir neçə gün gecikdirib.

Bu haqda danışan şikayətçinin sözlərinə görə, mağazanın daimi müştərisidir və ilk dəfədir ki, müəyyən səbəblərdən kreditin ödənməsi yubanıb. Buna baxmayaraq, firmanın problemli kreditlər şöbəsinin əməkdaşı onunla etikadan kənar formada danışıb. Şikayətçi ilə ilk əlaqə saxlayan şirkətin xanım əməkdaşının sözlərinin bəzilərini olduğu kimi diqqətinizə təqdim edirik:

"Əlini qulağının dibinə qoyub gözləyirsən, kefin nə vaxt istəyir, onda ödəyəcəksən?”, "Ödənişi etməmək sənin başın üçün deyil!”, "Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!”

Gülnarə xanım onunla kobud danışan əməkdaşdan şikayət etmək üçün baş ofislə əlaqə saxlayıb. Lakin nəinki şikayətinə baxılıb, əksinə kobudluq edən əməkdaşa haqq qazandırıblar: "Müdiriyyətimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Hara istəyirsiz şikayət edin, amma sizin üçün yaxşı olmayacaq!”

Gülnarə Cəfərova bütün danışıqların telefonunda xüsusi proqram vasitəsilə yazıldığını və dəlil kimi saxladığını bildirib.

Sfera.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.