Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: - “Tanımaq belə istəmirəm...”

13-05-2019, 18:12           
Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: - “Tanımaq belə istəmirəm...”
Tanınmış iş adamı barəsində yayılan daha bir əsassız iddiaya aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bir müddət əvvəl həbsdən buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatlara münasibət bildirib.

Bu iddialara münasibət bildirən Mənsimov keçmiş məhbusla əməkdaşlığını tamamilə istisna edib.

O, İnsanovu tanımadığını və tanımaq da istəmədiyini sosial şəbəkə vasitəsilə bəyan edərək, hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzularına çatmayacaqlarını bildirib.

Qeyd edək ki, Mənsimova qarşı yönələn yersiz “ittiham”lardan biri də “Palmali” sahibinin öz xeyriyyəçilik fəaliyyəti haqqında cəmiyyəti müntəzəm məlumatlandırması, bu istiqamətdə gördüyü işləri “təbliğ etməsidir”.

Ancaq həmin “ittiham”ları dövriyyəyə buraxanlar Mənsimovun xeyriyyə məqsədilə məhz şəxsi vəsaitini sərf etdiyini, eyni zamanda, bütün müsbət nümunələrin tanıdılmasına ehtiyac olduğunu nədənsə, “unudurlar”.

Bu “unutqanlığın” nəticəsi isə atdıqları bumeranqın onların özlərinə qayıtması olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.