İpoteka bazarında YENİ VƏZİYYƏT - faiz mübahisəsi

16-05-2019, 19:00           
İpoteka bazarında YENİ VƏZİYYƏT - faiz mübahisəsi
“Bu ilin yanvar-fevral aylarında ipoteka bazarında müəyyən azalma oldu, ancaq mart ayından etibarən yenidən ipoteka kreditləşməsi əvvəlki tendensiya üzrə verilməyə davam edir”.

Bu sözləri Lent.az-ın suallarını cavablandıran Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə ipoteka kreditləşməsində istər kommersiya banklarının aktivliyi, istərsə də ipotekaya müraciət edənlərin sayı baxımından artım hiss olunur:

Son iki ilin dinamikasına diqqət etsək, ipoteka kreditləşməsi üzrə illik göstəricilərdə artım müşahidə olunur. Bu həm özünü il ərzində verilən ipotekalara ayrılan vəsaitlərdə, həm də müraciət edən şəxslərin çoxalmasında göstərir. Bu da deməyə əsas verir ki, ipotekaya müraciət ilbəil artır.

Məsələn, dövlət büdcəsindən illik ayrılan 50 milyon manat vəsaitlə yanaşı ötən il təqribən istiqrazlardan və digər mənbələrdən 150 milyondan artıq vəsait ipotekaya cəlb olundu.

Bildiyiniz kimi, Prezidentin fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 100 milyon manat artırıldı. Yəgin ki, bu ipoteka kreditləşməsinin həcmində bir qədər də artıma səbəb olacaq”.

R.Osmanlı əlavə edib ki, ümumilikdə ipoteka kreditlərinin maksimal məbləği də xeyli artıb:

“Məsələn, ipotekada bu rəqəm 150 min manatadək, sosial ipotekada isə 100 min manatadək artırılıb.

Əlçatanlılığa gəldikdə isə hesab edirəm ki, faiz dərəcələrinin müəyyən qədər yumşaldılmasına hazırda ehtiyac var. Banklar tələbdən asılı olaraq 8 faizlik göstəriciyə müəyyən dəyişiklik edərək, 7 faizə qədər azalmalar edirlər. Buna baxmayaraq, hesab edirik ki, hətta 7 faiz belə 150 min manatlıq vəsait üçün yüksəkdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.