İmtahanın düzgün cavabları açıqlanır – Canlı yayım

19-05-2019, 21:36           
İmtahanın düzgün cavabları açıqlanır – Canlı yayım

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.

DİM-dən Axar.az-a bildirilib ki, hər il imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.

İmtahanlardan sonra saat 16:00-da DİM-in Yutub kanalı və Feysbuk səhifəsi vasitəsilə canlı yayım ediləcək və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat veriləcək.

Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş boyu ekranda yerləşdiriləcək.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq Votsap nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. Votsap nömrə canlı yayım zamanı elan olunacaq. Suallarınızı [email protected] elektron poçtuna da göndərə bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.

***

Bu dəqiqələrdə Dövlət İmtahan Mərkəzi (DİM) canlı yayımda qəbul imtahanlarının düzgün cavablarını açıqlayır:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.