Beyləqanda zibil qoxusundan nəfəs almaq olmur (FOTO)

22-05-2019, 07:03           
Beyləqanda zibil qoxusundan nəfəs almaq olmur (FOTO)
Teref.az yazır ki, 1994-cü ildən Beyləqan şəhəri 20 yanvar küçəsində şəhər zibil poliqonu mövcuddur. Poliqon şəhərin böyük bir hissəsində əhalin səbrini dözülməz hala çatdırıb. Axşamlar bu küçədə çox pis qoxu olur.

Şikayətçilər yazır ki, 2018 -ci ilin 17 fevralında məhəllə ağsaqalları kömək üçün Beyləqan şəhər icra hakimiyyətinə və rayon icra nümayəndəliyinə müraciət ediblər. Həmin vaxtdan Beyləqan şəhərində qanunsuz fəaliyyət göstərən bu poliqonun ləğvi üçün əhali bir çox yerlərə müraciət edib. Başı başqa işlərə qarışan keçmiş icra başçısı Vaqif Abdullayev bu məsələyə biganə yanaşıb. Məhəllə sakinlərinin müraciət etdikləri müvafiq nazirliyin əməkdaşları isə sadəcə ümidverici vədlər verib.

Bütün bunlardan cana doyan camaat nəhayət rayon camaatı Beyləqana yeni təyin edilmiş İcra hakimiyyəti başçısı cənab Asif Ağayevə problemlərini bildiriblər. Amma bu dəfə də məhəllə sakinlərinə köməklik edən olmayıb. Onların bildirdiklərinə görə şikayətçilərə yalan vədlər verilib, onları get-gələ salıblar. Hal-hazırda 20 yanvar küçəsi və ətraf küçələr pis qoxunun əlindən yaşanmaz haldadır.
Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.