Gədəbəydə 16 min manatlıq qovğa... - İşdə 2 bələdiyyə sədrinin adı da keçir

18-06-2019, 22:31           
Gədəbəydə 16 min manatlıq qovğa... - İşdə 2 bələdiyyə sədrinin adı da keçir
Gədəbəyin İcra Hakimiyyəti başçısının 1-ci müavini Rüstəm Nağıyevlə rayon sakini Zaur Məhərrəm oğlu Quliyev arasında qovğa yaşanır.
Teref.az xəbər verir ki, bu haqda musavat.com-a rayonun Səməd Vurğun küçəsi ev 36 ünvanında yaşayan Zaur Quliyev özü məlumat verib.
“Gədəbəy İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri vəzifəsini daşıyan Rüstəm Nağıyev məndən 16 min manat pul alıb və geri qaytarmır” deyə, şikayətçi bildirir.
Zaur Quliyev Rüstəm Nağıyevi ondan aldatma yolu ilə pul alıb qaytarmamaqda ittiham edir: “Mənim onunla tanışlığım əvvəllər mənə 2 dənə xırda mağaza satması ilə yaranıb. Bu səbəbdən 2018-in dekabrın da mənə yaxınlaşıb yer göstərəndə, deyəndə ki, bu yer hərraca çıxarılıb, gəl bu yer qırağa düşməsin, sənə ataq heç şübhələnmədim. Ondan alqı-satqının necə olacağını soruşdum. Dedi ki, icra hakimiyyətindən torpaq komitəsinə məktub yazılacaq. Pulu da məktubla aparıb torpaq komitəsinə veriləcək və sənin adına sənədləşdiriləcək. Bundan sonra da gedib pulu götürəcəksən”.
Zaur Quluyev deyir ki, Rüstəm Nağıyev sonradan vədinə əməl etməyib, pulunu da qaytarmaqdan imtina edib: “2018-in dekabrında pulu aldı, 2019-un yanvarın 12-də mənimlə görüşdü, dedi ki, yer əmələ gəlmədi, burada abadlıq işi gedəcək, söküntü olacaq. Sənə başqa yerdən yer verərik dedi. Razılaşmadım. Aldadıldığımı başa düşdüm. 2 vasitəçi araya saldı. Bələdiyyənin keçmiş sədri Zirəddin Səfərov və indiki sədr Zülfüqar Yusifov mənim özümə məxsus həyətyanı torpaq sahəmdə ticarət obyekti tikməyimə köməklik olunacağını dedilər. əlavə başqa yerdən 120 kvadrat metr torpaq veriləcəyini vəd etdilər. Mini mağaza, mini univermaq layihəsi çəkdirməyimi istəyirdilər. Bütün bunları Rüstəm Nağıyevə verdiyim 16 min manatın qarşılığında köməklik kimi edəcəklərini anladırdılar. Layihəni çəkdim, aparıb verdim. Amma yenə də aldatdılar. Vədlər verə-verə vaxtı uzadır, mənim pulumu qaytarmırlar”.
Zaur Quliyev deyir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına şikayət məktubu yazıb: “Mən xahiş edirəm ki, məndən aldatma yolu ilə alınan pulu geri qaytarsınlar. Aramızdakı danışıqların səs yazıları da, başqa sübutlar da var. Məsələnin araşdırılmasını tələb edirəm”.
Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı münasibət bildirilmədi. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.