Şirvan Meyvəçilik Mərkəzinin əməkdaşları nədən şikayət edirlər - ŞİKAYƏT

26-06-2019, 10:45           
Şirvan Meyvəçilik Mərkəzinin əməkdaşları nədən şikayət edirlər - ŞİKAYƏT
Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin əməkdaşları tərəfindən Teref.az-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim əmək hüquqlarımızı pozub əməyimizi istismar edib bizə düşəcək müavinətləri mənimsəyib. Iş stajlarımızı saxtalaşdırmaqla cinayət törətmişdir.
Belə ki, bu şikayət ərizəsini imzalayan vətəndaşlar Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinə 2011-ci il tarixdə işə qəbul edilmişik. Həmin idarənin fəaliyyəti Jalə meyvə şirələri istehsal edən məssisəni meyvə ilə təchiz etmək olub.Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim savadsızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bizi işə götürən zaman heç bir əmək müqaviləsi bağlamadan, sənədləşdirmə aparmadan bizi işlətmişdir.Bunu isə vergidən digər ödənişlərdən azad olmaq üçün etməklə dövlətə və bizə küllü miqdarda ziyanlar vurmuşdur.Bizimlə əmək müqaviləsini yalnız 2017-ci ilin may ayında bağlamışdır. 2018-ci ilin dekabr ayı tarixində əmək müqaviləsinə xitam verilmişdi.Biz 2011-ci il tarixdən 2018-ci ilin dekabr ayı tarixinə kimi məzuniyyətə çıxamamışıq, bu hüququmuzdan istifadə etməmişik.Buna görə bizə məzuniyyət əvəzi pul kompensasiyası ödənilməlidir.Buna görə biz Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət etsəkdə heç bir tədbir görməmişdir. Bununlada bizim Azərbaycan Respublikası Konstitusiyasında, Beynəlxalq qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarımız qəsdən məqsədli şəklidə pozulmuşdur.Burada məqsəd ancaq bu yolla pulumuzu mənimsəmək əməyimizi istismar edib küllü miqdarda pul əldə etmək olmuşdur.
Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır.
Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim bu hüquqlarımızı qəsdən maraqlı olaraq pozmuşdur. Biz hər birimiz ailə başçısıyıq, himayəmizdə azyaşlı , qoca və xəstə ailə üzvülərimiz var. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinin bu qanunsuz əməlləri araşdırılmalı və barələrində ciddi tədbirlər görülməlidir.
Bizə qrşı edilən bu cinayət əməli barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və Dövlət Əmək Müfətişliyi Xidmətinin rəisi cənab Elman Cəfərova şikayət ərizəsi ilə müraciət etmişik.Bu şikayət ərizəsini imzalayan şəxslər mətbuat vasitəsi ilə də xahiş edirik obyektiv araşdırma aparıb işlədiyimiz müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsinə və iş stajımızın qeydə alınmasına köməklik göstərəsiniz və ciddi qanun pozuntusuna yol vermiş Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraqqarşı tərəfi də dinləməyə hazırıq...
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.