“Azəriqaz” İB-nin əməkdaşları Binəqədi sakinini “tora salıblar”

1-07-2019, 19:15           
“Azəriqaz” İB-nin əməkdaşları Binəqədi sakinini “tora salıblar”
Bir neçə gün bundan öncə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev-1v ünvanda yaşayan Abbasov İlham Nəcəf oğlunun üz-üzə qaldığı biabırçı olayın varlığını eşitdikdə, “həm vəlvələyə, həm də zəlzələyə düşdük”.

Hətta, atılan addımlara etiraz əlaməti olaraq baş götürüb qaçmağa ünvan da axtardıq. Sən demə adı çəkilən bu şəxsi “minbir oyun”a salan hansısa şəxs və ya şəxslər deyil, birbaşa “Azəriqaz” İB, Bakı Regional Qaz İstismarı idarəsinin əməkdaşları olublar. Tərəfimizdən bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, İlham Abbasov uzun illərdir qeyd olunan ünvanda yaşayır və hal-hazırda ona məxsus mənzilin giriş qapısının sökülüb yenidən qurulmasına zərurət yaranıb. Belə bir halın varlığına baxmayaraq, Bakı Regional Qaz İstismarı idarəsinin əməkdaşları bu şəxsi elə bir “oyuna salıblar” ki, o, hələ də düçar olduğu “bəla”dan heç cür “qurtula bilmir”. Yəni, adı çəkilən qurum əməkdaşları İlham Abbasovun yaşadığı mənzilin giriş qapısına bitişik yerdə üç ədəd qaz sayğacı quraşdırıblar ki, bu da ona olmazın problemlər əmələ gətirməkdədir.

Məsələnin təəccüb və təəssüf doğuran tərəfi odur ki, şikayətçi şəxs üz-üzə qaldığı problemin həlli ilə bağlı hələ 17.10.2018-ci il tarixdə “Azəriqaz” İB-nin sədri Əkbər Hacıyevə yazılı müraciətini ünvanlasa da, ona 05.11.2018-ci il tarixdə adı çəkilən qurum sədrinin tikinti işləri üzrə müavini Ramil İsgəndərovun imzası ilə təsdiq olunmuş cavab məktubu verilir. Yəni, İlham Abbasov ünvanladığı müraciətində kənar şəxslərə məxsus, amma onun yaşadığı mənzilin giriş qapısına bitişik yerdə quraşdırılmış üç ədəd sayğacın yerinin dəyişdirilməsi ilə bağlı xahişini çatdırsa da, verilmiş cavab məktubunda ona aidiyyəti olmayan məsələlərlə bağlı izah verilir. Hələ bu azmış kimi, bir müddət vaxt keçdikdən sonra isə, Bakı Regional Qaz İstismarı idarəsinin əməkdaşları İlham Abbasovun yaşadığı mənzilin giriş qapısına daha bir sayğac da quraşdırırlar. Onlar həmin sayğacı daha aşağı məsafəyə, hansı ki, mənzilə giriş-çıxış zamanı hər kəsə problem yarada biləcək yerdə quraşdırırlar. Belə bir halın varlığı, artıq əndazənin aşılması demək olur.

Çünki, istər əvvəlcədən quraşdırılmış sayğaclar, daha çox isə sonradan quraşdırılmış sayğac olduqca aşağı məsafəyə quraşdırıldığından, belə bir halın varlığı hər an xoşagəlməz fəsadların əmələ gəlməsi ilə nəticələnə bilər. Yəni, adı çəkilən küçədə oynayan azyaşlı uşaqların sayğaclara müdaxilə etmələri, şüşələrini sındırmaları, yandırıcı maddələrlə onlara toxunmaları və s. kimi halların baş verməsi qaçılmaz olar. Düşündürücü halın varlığı odur ki, Bakı Regional Qaz İstismarı idarəsinin əməkdaşları İlham Abbasovun üz-üzə qaldığı belə bir problemi həll etmək əvəzinə, bu gün onunla qərəzçilik etmək yolunu tutublar. Amma, qurum əməkdaşları o halın varlığını da unudurlar ki, hansısa bir vaxtda baş verəcək faciənin məsuliyyəti, məhz onların boynunda qalacaq. Deyəsən, yaşana biləcək belə bir halın varlığı nə Bakı Regional Qaz İstismarı idarəsinin rəhbərliyini, nə də adı çəkilən qurumun digər əməkdaşlarını heç cür narahat etmir.

Onu da bildirək ki, sayğacların quraşdırıldığı yerdən sol tərəfdə təqribən on metr uzunluğunda divarın olmasına, hansı ki, həmin divara sayğacların quraşdırılmasının asan olmasına, bir kimsəyə maneə olmamasına baxmayaraq, Bakı Regional Qaz İstismarı idarəsinin əməkdaşları hələ də İlham Abbasova qarşı “höcətlik etmək”dədirlər. Deməli, adı çəkilən şəxslərin əsas məqsədləri bu şəxsin üz-üzə qaldığı problemi həll etmək deyil, birbaşa ona yeni-yeni problemlər yaratmaqdır. Bu cür yanaşmanın varlığı onu sübut edir ki, Qaz İstismarı idarəsinin rəhbərliyi üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirməyən, vətəndaş məsuliyyətini dərk etməyən vəzifə sahiblərindəndir. Düşünürük ki, məqalənin dərcindən sonra, “Azəriqaz” İB-nin sədri cənab Əkbər Hacıyev İlham Abbasovun üz-üzə qaldığı problemin aradan qaldırılması yöndə aidiyyəti üzrə lazımi tapşırığını verəcək.

Araşdırmamız davam edəcək. Mövzunu diqqətdə saxlayacağıq. \\gundemxeber.az\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.