Əkbər Hacıyev işçilərin pulunu kəsdi... - Narazılar icra hakimiyyətinə üz tutdu

2-07-2019, 11:50           
Əkbər Hacıyev işçilərin pulunu kəsdi... - Narazılar icra hakimiyyətinə üz tutdu
Masallının qaz təsərrüfatı işçiləri etiraz aksiyası keçirib.

2019-cu il iyul ayının 1-də Lənkəran RQİİ(Rayon Qaz İstismar İdarəsi) Masallı xidmət sahəsinin müqavilə ilə işləyən 80-ə yaxın işçisi səhər tezdən adıçəkilən idarənin qarşısına toplaşıb. Etirazçıların əsas şikayəti ondan ibarət olub ki, son aylar əməkhaqqını ala bilməyiblər. Həm də əməkhaqları daha aşağı məbləğdə verilib. Etirazçılar çalışdıqları təşkilatdan arzu olunan cavabı almadıqda icra hakimiyyətinə üz tutublar.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev ödəmələrdə heç bir gecikmə olmadığını, əməkhaqqının az olması ilə bağlı isə şikayətçilərin mühasibatlıq şöbəsinə yaxınlaşa biləcəklərini deyib:

“Onlar xidməti müqavilələrlə işləyən işçilərdir və hər biri ötən həftədən əməkhaqlarını alıblar. Əməkhaqqının verilməsində heç bir gecikmə olmayıb. Əgər hər hansı bir tutulmadan söhbət gedirsə, vergi ödəyiciləridirlər, yəqin ki, vergiyə görə olub. Kimsə əməkhaqqının ödənilməsindən, tutulmadan narazıdırsa, işlədikləri struktur bölümü üzrə mühasibatlıq şöbəsinə yaxınlaşa bilər. Burada hər hansı bir problem yoxdur. Ödənişlə bağlı nə problem varsa, mütləq mühasibatlıq şöbəsi lazimi izah verəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.