Təcili Tibbi Yardım maşını bazara mal daşıyır? – Video

2-07-2019, 17:53           
Təcili Tibbi Yardım maşını bazara mal daşıyır? – Video
Təcili Tibbi Yardım maşını Bərdə bazarına satış üçün mal gətirdi.

Bizimyol.info xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayımlanıb. Yayımlanan videodan da aydın görünür ki, 99-SX-125 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili Bərdə bazarına satış üçün meyvə-tərəvəz gətirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla əlaqə saxlasaq da zəngimizə cavab verməyib. Eyni zamanda Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayevaya zəng etsək də zəngimizi rədd edib.

Yayılan videogörüntünü oxuculara təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.