“Bir qurum ki, vəzifəsi ilə yox, pul yığmaqla məşğuldur...”

2-07-2019, 20:56           
“Bir qurum ki, vəzifəsi ilə yox, pul yığmaqla məşğuldur...”
Aylardır Bakıkartın balansını artırmaq problemlərini həll edə bilmirlər.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
O, qeyd edib ki, dayanacaqların hamısında balans artıran aparat yoxdur və olanların da hamısı işləmir:
“İncədicə yenə narazılıq var idi. Bir ağsaqqal minib balansı boş, dayanacaqda da aparat yox. Deyir: “niyə kiməsə ağız açmalıyam?” Tamamilə haqlıdır. Aparat yerləşdirmirsən, heç olmasa, online ödənişi təmin et.
Bir qurum ki, birbaşa vəzifəsi ilə (sərnişindaşımanın tənzimlənməsi) yox, pul yığmaqla (maşınların cərimələnməsi) məşğuldur, deməli, işinin öhdəsindən gəlmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.