“Tutaq ki, “protiv” gedən “Bentley” mənimdi, nə olsun?..” - Deputat

6-07-2019, 22:34           
“Tutaq ki, “protiv” gedən “Bentley” mənimdi, nə olsun?..” - Deputat
Xəbər verdiyimiz kimi, Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb. Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD-012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır. Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır.
Sözügedən görüntülər internetdə yayılandan sonra bir çox sosial şəbəkə istifadəçiləri “Bentley” markalı 10-DD-012 dövlət nömrə nişanlı avtomobilin Milli Məclisin deputatı Hacı Madər Musayevə məxsus olmasını qeyd ediblər.

Teref.az xəbər verir ki, məsələ ilə bağlı deputat Hacı Madər Musayev Demokrat.az-a açıqlamasında yayılan xəbərləri təkzib edir:

"Əvvəla, o maşın mənə məxsus deyil. Kaş mənim olaydı. Mənə məxsus olsaydı, bunu gizlətməzdim. Lap tutalım ki, mənimdir, həmin mən sürmüşəm. Sonra nə olacaq? Cəriməsi nədirsə ödəyəcəm də! Məgər Bakıda olan "012" nömrəli maşınların hamısı mənimdir? Məsələyə digər tərəfdən baxaq: lap həmin "012" nömrəli maşın mənimdir, sükan arxasında da mən olmuşam, yolda "protiv" də mən getmişəm. Burada nə böyük qəbahət var? Tıxacqdır, istənilən tıxaclı yollarda maşınlar belə gedə bilir. Kamera çıəkib, əgər cəriməsi varsa, gedib cəriməsini ödəyəcəm, məsələ bitəcək. Daha bunu nə üçün böyütmək lazımdır? Mən bu cür məsələlərin sosial şəbəkələrdə nə üçün müzakirə olunduğunu anlaya bilmirəm. Mən yenə deyirəm ki, o maşın mənə məxsus deyil. Ancaq olsaydı da, bunu danmazdım. Yol Polisi var, o maşının kimə məxsus olduğunu da polis çox gözəl bilir. Kimlərsə qaşınmayan yerdən qan çıxarırlar".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.