184 saylı bağça müdirinin polislə “qaçdı-tutdu“ oyunu - VİDEO

8-07-2019, 16:41           
184 saylı bağça müdirinin polislə “qaçdı-tutdu“ oyunu - VİDEO
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində reyd keçirib.

DYP-nin keçirdiyi reyddə maraqlı anlar yaşanıb. Belə ki, reyddə saxlanılanlar sürücülərdən biri Bakıda fəaliyyət göstərən 184 saylı bağçanın müdiri Sevda Vəliyeva olub. Sevda Vəliyeva idarə etdiyi "HYUNDAİ" markalı avtomobillə yol polisinin "saxla" işarəsinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Yol polisləri xeyli təqibdən sonra süni tıxac yaradaraq bağça müdirinin idarə etdiyi avtomobili saxlada biliblər. Saxlanılan xanım sürücü barəsində intibati məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, ötən il mətbuatda 184 saylı bağçada uşaqların qəbulu üçün valideylərdən 400-500 manat məbləğində pul alındığı yazılırdı. Həmin məlumatda qeyd edilirdi ki, icra strukturlarında himayədarı olan bağça müdiri heç bir instansiyadan çəkinmir. (Qlobal.az)

DYP-nin keçirdiyi reyddin videosunu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.