Dirilərə divan tutan keşmiş sədr indi ölülərdən pul qazanmağı hədəfləyir

16-07-2019, 00:06           
Dirilərə divan tutan keşmiş sədr indi ölülərdən pul qazanmağı hədəfləyir
Sabiq bələdiyyə sədri yas biznesinə hazırlaşır

Bakının Novxanı kəndinin sabiq bələdiyyə sədri Məhərrəm Əvəzovla bağlı Cumhuriyyet.az-a maraqlı informasiya daxil olub.

Etibarlı mənbədən daxil olan məlumata görə, bələdiyyə sədri çalışdığı dönəmlərdə kənd ərazisindəki ən baxımlı torpalqarı ələ keçirən, bu toprpaqlar üzərində çoxlu sayda ticarət obyektləri, aptek və ictimai iaşə obyektləri inşa edən M.Əvəzov bu günlərdə yeni tikntisi ilə gündəmə gəlib. Belə ki, vaxtiylə magistral yol kənarlarında ələ keçirdiyi torpaqlardan istifadə edəərk öz biznesini genişləndirməyə çalışan sabiq bələdiyyə sədri bu kəs kəndin girəcəyində nəhəng bina inşa etdirməkdədir. Mənbənin məlumatına görə, hələlik sabiq bələdiyyə sədrinin binadan hansı məqsədlə istifadə edəcəyi dəqqi bəlli olmasa da, M.Əvəzovun həmin binadan mərasim evi kimi istifadə edəcəyi ilə bağlı söyləntilər dolaşır. Keçmiş sədrin artıq bununla bağlı konkret qiymətlər müəyyənləşdirdiyi də iddia olunur. Görünən odur ki, bələdiyyə sədri işlədiyi dövrdə dirilərin pay torpaqlarına, eləcə də bələdiyyə balansında olan torpaqlara qənim kəsilən M.Əvəzov indi dünyasını dəyişən insanlardan da qazanc əldə etməyə, yas mərasimlərindən gəlir götürməyə çalışır. Yas biznesinin M.Əvəzov üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.