Sumqayıtda sərnişinləri istidən kim qırır? - Sən demə...

19-08-2019, 09:27           
Sumqayıtda sərnişinləri istidən kim qırır? - Sən demə...
- Araşdırmaçı blogger Nəsimi Səfixanlı DİA.AZ-a Sumqayıtda sərnişinləri narahat edən məqamla bağlı məqalə göndərib. Həmin məqaləni təqdim edirik:

"Sumqayıt şəhərində bu qızmar yay günlərində eyni "AKİA" markalı eyni ölçülü və qabaritli 3,9, 5,30 nömrəli şəhərdaxili avtobuslarda kondisioner işləsə də şəhərin ən böyük dairəvi 7 və 7A nömrəli avtobuslarında isə kondisionerlərin işləmədiyinin səbəbini uzun sürməyən araşdırmadan sonra tapdım. Səbəb çox sadə sadədədn də sadə imiş. Sən demə şəhər əhalisinin gündəlik istifadə etdikləri 7 və 7A avtobuslarında hansısa şirkət tərəfindən quraşdırılmış reklam xarakterli televizor monitorlarını avtobusların müharrikindən gələn elektrik enerjisi çalışdırdığı üçün bu 7 və 7A nömrəli avtobuslarda kondisioneri çalışdırmaq mümkün olmur. Çünkü zavod istehsalı zamanı nəzərə alınmamış sonradan kustar üsulla quraşdırılmış bu televizorlar avtobuslar üşün əlavə enerji yükü yaradır ki, hansı yükü ki avtobuslar əslində kondisionerlərin çalışdırılmasına sərf etməli idilər. Qısası Sumqayıt əhalisini sərin komfortdan mərhum edib hansısa reklam çarxlarına baxmağa məcbur edirlər. Və ən gülməlisi də odur ki, Bakı Metropoliteni 1 il bundan qabaq energetik içkilərin metropolitende reklam lövhələrində yayımına qadağa qoysa da, Fransa, İsveç, Danimarka kimi ölkələrdə yalnız apteklərdə satılan, Türkiyə kimi qonşu ölkədə reklamına qadağa qoyulmuş energetik içkilər Sumqayıtda uşaqlı böyüklü hamının istfadə etdiyi avtobusda biədəb formada reklam edilir. Dünya ölkələri enegetik içkilərin insan orqanizmi üçün olan zərərindən ağızdolusu danışdığı halda qarşıdan yeni dərs ili gəldiyi zaman məktəbli və tələbələri yeni dərs ili münasibəti ilə təhsilə səsləmək əvəzinə Sumqayıtda avtobuslarda günün günorta çağı "KAİF" və "SAHARA" energetik içkisinin açıq saçıq reklam çarxı yayımlanır. Qısası sərnişinlərə bildirilir ki, sərinləmək keyfini yaşamaq üçün bizdən kondisioner istəməyin "KAİF" enerji içkisi için və sərinləyin".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.