Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO

22-08-2019, 17:14           
Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO
Mingəçevir şəhər “Az DRES” qəsəbəsi, şəhid Tahir Məhərrəmovun adını daşıyan "Gənclər Mərkəzi"ndə acınacaqlı vəziyyət höküm sürür.

Cebhe.info xəbər verir ki, bununla bağlı “Facebook” sosial şəbəkəsində görüntülər yayılıb.

Məlumatlara görə, sözügedən binada 1993-cü ildən məcburi köçkünlər məskunlaşıb.

“Binada natəmizlik baş alıb gedir. Neçə vaxtdır şəhidin qırılmış tablosu yerdə qalıb. Heç kim maraqlanmır. Qəzalı vəziyyətdə olan binada artıq 1 aydır su belə gəlmir. Bütün qurumlar deyir ki, məcburi köçkünlərin məskunlaşdığı bu bina bizim tabeliyimizdə deyil, ona görə də hərə özünə su çəksin. Gəlib təmir etmirlər, amma videonun sonundakı sayğacları qoya bilirlər”, - deyə “Facebook” istifadəçisi şərhdə yazıb.

Həmin görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.