Deputat “5-6 milyonla işi bağlayacam” deyib?

23-08-2019, 14:27           
Deputat “5-6 milyonla işi bağlayacam” deyib?
“Relax” İstirahət Mərkəzində baş verən məlum hadisədən sonra deputat İqbal Məmmədovun mandatının ləğvi gündəmə gətirilə bilər.

Azeuronews.com-a daxil olan məlumata görə, hazırda Baş Prokurorluqda deputata qarşı 20-dən artıq şikayət araşdırılır. Bu şikayətlər deputatın oğlunun və 5 qohumunun həbsindən sonra Lerik rayonundan daxil olub. Şikayətçilər İqbal Məmmədovun onların mülklərinin, torpaq sahələrinin zorla mənimsənildiyini iddia edirlər. Şikayətlərin böyük hissəsi Piran kəndindən daxil olub.

Məlumata görə, İqbal Məmmədov Baş Prokurorluqda izahat verib. İzahat zamanı isə insident yaşanıb. Mənbə qeyd edir ki, söhbət əsnasında əsəbləşən İqbal Məmmədov öz üzərində nəzarəti itirib və “Mənim xaricdə 50 milyon pulum var. Onun beş-altı milyon verib bu işi bağlayacam, ortada pis yenə də siz olacaqsız”, deyib. Mənbə qeyd edir ki, İqbal Məmmədovun bu meydan oxuması rəhbərliyə çatdırılıb.

Mənbənin bildirib ki, İqbal Məmmədovun mandatının ləğvi ehtimalı böyükdür. Ola bilər ki, şikayətlər əsasında onun həbs olunması da müzakirəyə çıxarılsın.

Məlumat üçün qeyd edək ki, Lerikdəki istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşmadan sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.