1 qrup müharibə əlilinin həyat yoldaşı Mehriban xanıma müraciət etdi - MÜRACİƏT

17-09-2019, 08:07           
1 qrup müharibə əlilinin həyat yoldaşı Mehriban xanıma müraciət etdi - MÜRACİƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.
HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

AZƏRBAYCAN RESPUBLİKASININ ƏƏSM NAZİRİ
CƏNAB SAHİL BABAYEVƏ.

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ.

Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 125 ünvanında kirayə yaşayan 1-ci qrup Qarabağ müharibə əlilli, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlunun həyat yoldaşı Rəfiyeva Dinar Əliyar qızı tərəfindən.

Ə r i z ə

Yoldaşım Rəfiyev İlqar Nəzir oglu 04.05.1974-cü ildə Şəki rayon, Təpəcənnət kəndində anadan olub. 04.05.1993-cü ildə Şəki RHK tərəfindən hərbi xidmətə göndərilib. Xidməti zamanı Ağdam, Füzuli, Ağdərə rayonları və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və bir neçə dəfə ağır yaralanmışdır.1995-ci ildə Ali Hərbi Məktəbə qəbul olub1999-ci ilə Ali hərbi məktəbi bitirib və leytenant rütbəsi ilə təmin edilərək xidmətini yenidən davam etdirmişdir.1999-cu ildən 2011-ci ilədək Xüsusi Təyinatlı Hərbi Hissədə müxtəlif vəzifələrdə xidmət edib. Xidmət müddətində bir çox orden və medallarla təltif olunub.
Döyüş tapşırığını yerinə yetirərkən aldığı travmalarla əlaqədar 01.02.2011-ci ildə MN MHHK-nın qərarı ilə ordu sıralarına tam yararsız hesab olunaraq mayor rütbəsində təxris olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup gözdən əlildir.
15.03.2013-cü ildə Şəki rayon İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınıb.

Sərəncama müvafiq olaraq dəfələrlə Şəki rayon İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişik. hər dəfə bildirilir ki, növbəli şəkildə təmin olunacaqsınız.

Sizdən xahiş edirəm ki, yoldaşım Rəfiyev İlqar Nəzir oglununSilahlı Qüvvələrdə 18 il 6 ay xidmətini “Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü bəndinə əsasən Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədən kənar verilir” qanununu, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı gözdən əlill olmağını və 2 az yaşlı məktəbli övladlarımızı nəzərə alaraq mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz.

İmza Rəfiyeva Dinar Əliyar qızı

17.09.2019












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.