Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni model tətbiq ediləcək

18-09-2019, 16:30           
Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni model tətbiq ediləcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.

APA-nın məlumatına görə, bu gün komitənin iclasında çıxış edən millət vəkili deyib ki, bəzən vizual olaraq əlilliyi görünən insanlara əlillik təyin edilmir.

İ. Məmmədov bu məsələnin aidiyyəti qurumla geniş müzakirə olunmasını vacib sayıb.

Məsələyə münasibət bildirən komitə sədri Hadi Rəcəbli deyib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünür: “Yaxşı olar ki, yeni modeli qabaqcadan bilək. Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etsək, yaxşı olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.