Sakinlər “AAAF Park”dakı mənzilərinə köçə bilmirlər – KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR

19-09-2019, 16:17           
Sakinlər “AAAF Park”dakı mənzilərinə köçə bilmirlər – KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR
“AAAF Park” yaşayış kompleksindən 20-dən artıq vətəndaş mənzil alıb, iki ilə yaxındır ki, evlərinə köçə bilmirlər.

Teref.az xəbər verir ki, bu barədə unikal.org-a “AAAF Park” yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binadan mənzil alıb, təhvilini gözləyən sakinlər müraciət edib.

Narazı sakinlər məsələ ilə bağlı müvafiq dövlət qurumlarına və “AAAF Park” yaşayış kompleksi rəhbərliyinə şikayət məktubu ünvanlayıb.

Dövlət orqanlarından onların haqlı olması ilə bağlı cavablar da gəlib. “AAAF Park”a mənzillərin ödənişini vaxtı-vaxtında ödədikləri halda, sakinlər hələdə evlərinə köçə bilmirlər. Şirkət müqavilə öhdəliklərini yerinə yetirmir. Belə ki, sakinlər bağladıqları müqaviləyə əsasən 2015-ci ildə “AAAF Park” yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binanadan aldıqları mənzillərə 2018-ci ildə köçməli imişlər.

Sonra 2018-ci ilin axırında təhvil veriləcəyini söyləyiblər. Bir müddət sonra təhvil prosesi 2019-un aprel-may aylarına salınıb. Daha sonra 2019-cu ilin axırına, indi isə 2020-2021-ci il söhbətini ortaya ataraq, kompleksi tam şəkildə sözügedən müddətdə təhvil veriləcəyini deyirlər.

Sakinlər bildirir ki, kompleksin bütöv şəkildə təhvil verilməsi üçün ən az 4 il vaxt lazımdır.

Şikayətçilərdən biri qeyd edir ki, 2015-ci ildə əlindəki hazır mənzilini barter edərək bu kompleksdən daha geniş mənzil alıb və özü isə ailəsi ilə kirayəyə ev tutub. Halbuki, ona da 2018-ci ilin sonunda mənzilinə köçə biləcəyini deyiblər. Sözügedən vətəndaş qeyd edir ki, kirayə və həm də yeni mənzilin aylıq ödəniş pulunu qazana bilmədiyi üçün ailəsini buraxıb, xaricə işləməyə gedib.

Bununla belə, 28-ci küçədə tikilməkdə olan binanadan aldıqları mənzillərə görə, məhkəməyə müraciət edən bir neçə sakin də var. Məhkəmə qərar verib ki, şirkət onların aldıqları mənzilə görə, ödədikləri pulu geri qaytarsın. Amma, şirkət bu vətəndaşların da pulunu geri qaytarmaq prosessini də uzadır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.