Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ

21-09-2019, 09:53           
Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ


Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:09 | Çap et
Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır
Xəbər verdiyimiz ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov aldığı borcu vəd etdiyi vaxtda qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsini girov qoyub. Deputatla bağlı yayılan bu xəbər ölkənin ictimai-siyasi arenasında etirazla qarşılanır və Milli Məclis üzvünün bu əməli Azərbaycanın qanunverici orqanına təhqir kimi qiymətləndirilir.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Reyting.az-a deyib ki, əgər təsdiqini taparsa, deputatın əməli biabırçı hadisədir.

Onun sözlərinə görə, haqlı olaraq belə bir sual meydana çıxır ki, deputat 300 min manatdan artıq vəsaiti nəyə güvənərək borc götürür: "Həm də bu pulu cəmi 7 aya qaytaracağı barədə öhdəlik yazıb. Axı, deputat qanuna görə bizeslə məşğul ola bilməz və aylıq əmək haqqı da 3 min manatı aşmır. Bütün bu suallar Rafael Cəbrayılovun fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən təftiş olunmasına əsas verir”.

M. Rəhimli diqqətə çatdırıb ki, məsələnin diqqətçəkən digər tərəfi Milli Məclis üzvünün öz deputat vəsiqəsini girov qoymasıdır: “Belə çıxır ki, o, ona görə deputat seçilib ki, mandatından istifadə edərək qaranlıq və çirkli işlərlə sərvət toplasın? Həm də bu zaman bir deputat sadə vətəndaşa da kələk gəlib. III və IV çağırış Milli Məclisin etibarlılıq müddəti keçmiş deputat vəsiqələrini girov qoymaqla Cəbrayılov qarşı tərəfi aldadıb. Bütün bunlara baxıb bir daha təəccüb edirsən ki, bu adam, əvvəlini bilmirəm, 15 ilə yaxındır ki, deputatdır... Bu, böyük biabırçılıqdır".

ReAL partiyanın icra katibi Natiq Cəfərli Reyting.az-ın əməkdaşına bildirib ki, sözügedən məsələylə bağlı ciddi tədbirlər görülməlidir.

Onun sözlərinə görə, son hadisələr göstərdi ki, deputat ciddi qanun pozuntusuna yol verib: “Açığı, bu, artıq dələduzluq işinə də oxşayır. Çünki kifayət qədər ciddi ittihamlar və məhkəmə qaydasında təsdiq olunmuş sənədlər var. Yəni, həmin deputat dələduzluq maddəsi ilə cəzalandırıla bilər. Ən təəccüblüsü və tragikomik olan odur ki, həmin deputat parlamentin hüquq komitəsinin üzvüdür. Bu, bir daha onu göstərir ki, Azərbaycan parlamentində ciddi dəyişikliklərə ehtiyac var. Ölkənin qanunverici hakimiyyəti ölkənin problemlərinin həlli məkanına çevrilməlidir. Təəssüf ki, bu gün parlamentdə dövlətin, parlamentin adına ləkə gətirəcək addımlar atırlar. On görə də Azərbaycanda azad, demokratik seçkilərin keçirilməsinə, parlamentin tərkibinin tamam dəyişməsinə ehtiyac var. Həm deputat adını, həm də təmsil elədiyi siyasi qrupu ciddi şəkildə ləkələyən adamlar parlamentdə olmamalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.