“Dividend ödənişi özəlləşdirmə ilə bağlı deyil” - “Azərbaycan Beynəlxalq Bankı”nın sədri

9-10-2019, 10:44           
“Dividend ödənişi özəlləşdirmə ilə bağlı deyil” - “Azərbaycan Beynəlxalq Bankı”nın sədri
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.

Bunu “Report” açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, - deyə o, qeyd edib.

Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: "Buna səhmdarlar qərar verəcəklər".

A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.

Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.