Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir - Vergilər Nazirliyindən İTTİHAM

10-10-2019, 18:10           
Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir - Vergilər Nazirliyindən İTTİHAM
Azərbaycanın özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqları geniş tətbiq olunur.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əmək haqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri dəfələrlə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.

“Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əmək haqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir”, - deyə nazirlik bəyan edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.