Ermənilər Laçının kəndində daha 12 yeni evin inşasına başladı…- FOTOLAR

18-10-2019, 10:35           
Ermənilər Laçının kəndində daha 12 yeni evin inşasına başladı…- FOTOLAR
Ermənilər müstəqil Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında saxladıqları torpaqlarında məskunlaşdırma işlərini bacardıqları qədər davam etdirirlər.

Teref.az moderator.az-a istinadla xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, 28-ci ildir işğal altında qalan Laçın rayonunun Zabux kəndi ərazisində Livan erməniləri tərəfindən maliyyələşdirilən “Artsax investisiya fondu”(“ARİ”) tərəfindən daha 12 yeni evin tikintisinə başlanıb. Bu haqda mediaya separatçı-terrorçu rejimin “şəhərsalma nazirliyi” adlanan qanunsuz qurumunun mütəxəssisi Levon Aroyan məlumat verib. Onun sözlərinə görə, qısa müddətdə istifadəyə veriləcək həmin 12 ev ilk dəfə yeni, ən müasir dizaynla və yüngül materiallarla tikiləcək…

Xatırladaq ki, işlərə 2013-cü ildən başlanan və artıq 100-ə yaxın yaşayış evinin istifadəyə verildiyi “Kaşataq rayonu”nun Aqavno kəndi” adlandırılmış Zabux kəndi ərazisi qondarma “DQR”-in ən böyük tikinti meydançası hesab edilir. Burada bütün məişət şəraiti Qərb standartlarına uyğun olan bir kənd artıq salınıb. Gorus-Xankəndi yolunun yanında, “Aqavno” (Həkəri) çayının sahilində tikilən digər kvartal isə “Ariavan” adlandırılıb. 2018-ci ilin sonunda qondarma rejim rəhbərliyi bəhs edilən ərazidə daha 20 evin tikintisi barədə qərar verib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.