Göyçayın İcra başçısının yaxın qohumu qandallandı - SURXAY CƏBRAYILOVUN HƏBSİNİN ŞOK SƏBƏBLƏRİ

2-11-2019, 21:37           
Göyçayın İcra başçısının yaxın qohumu qandallandı - SURXAY CƏBRAYILOVUN HƏBSİNİN ŞOK SƏBƏBLƏRİ
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohumu həbs edilib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri Cəbrayılov Səməd Surxay oğlu Göyçay rayon sakininin şikayəti əsasında saxlanılıb. S. Cəbrayılovun törətdiyi əməl subuta yetirildiyindən Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohum S,Cəbrayılov ötən ilə qədər Göyçayda Gənclər Mərkəzinin direktoru vəzifəsində işləyib. Rayonda sürdüyü bahalı maşınlara hər zaman diqqətdə olan Səməd Cəbrayılov barəsində tez tez sosıal şəbəkələrdə və saytlarda məlumat dərc olunurdu. Rayon sakinlərinin verdiyi məlumata görə, həbs edilən S.Cəbrayılov deputat Elxan Süleymanovun da qohumudu.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.