"Ermənistana keçəcəm, sonra deməyin ki..."- Vətəndaşı görün nə həddə çatdırıblar - VİDEOMÜRACİƏT

3-11-2019, 00:00           
"Ermənistana keçəcəm, sonra deməyin ki..."- Vətəndaşı görün nə həddə çatdırıblar - VİDEOMÜRACİƏT
Sumqayıt sakini öz mülki işinin həll olunmamasına etiraz olaraq Ermənistana keçəcəyini bildirib
Həyat yoldaşından boşanan və əmlak bölgüsündən sonra ona çatacaq hissəni ala bilmədiyini söyləyən Sumqayıt şəhər sakini Aysel Tofiq qızı Mustafayeva Qaziler.az-a müraciət edib. A. Mustafayeva məhkəmə sistemindəki süründürməçilikdən cana doyduğunu bildirir. Sumqayıt sakini 5 ildir ki, bütün məhkəmə instansiyalarına, bütün əlaqədar dövlət orqanlarına üz tutsa da heç bir nəticə əldə etmədiyini qeyd edir. Artıq şikayətinin həll olunacağından əlini üzmüş Azərbaycan vətəndaşı videomüraciətində bildirir: "Bu sözümə görə şəhid analarından, mənə görə əlini, ayağını itirən qazilərdən üzr istəyirəm: Əgər 15 gün ərzində heç kim səsimə səs verməsə mən Azərbaycanı tərk edib Ermənistana gedəcəm. Mən ağlım yerində bu vətəni tərk edib gedəcəm. Sonra da Prezidentə cavab verərsiz. Görün vətəndaşı nə həddə gətirmisiz ki, o, belə bir addım atıb, canından bezib bu ölkədən gedib. Qoy erməni mənim başıma güllə vursun. bilim ki, qanımdan, canımdan olmayan erməni vurdu məni. Çünki mən vətənimdə öz haqqımı sübut edə bilmirəm".















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.