"2356 manatımı alsalar da..." - GİLEY

4-11-2019, 09:42           
"2356 manatımı alsalar da..." - GİLEY
"2356 manatımı alsalar da..."
Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Aida Bayramovadan Moderator.az-a aşağıdakı məzmunda şikayət ərizəsi daxil olub:

"Binəqədi rayonu Biləcəri qəsəbəsində dələduzluqla vətəndaşlardan külli miqdarda pul alıb, onlara torpaq üçün sənəd, FHN rəsmi sənədlərini və tikintiyə icazə sənədləri düzəldirlər. Onlardan biri Əmlak və Torpaq komitəsinin sədr müavini Əfqan, digəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Elvin Zamanovdur. Əvəzində isə günü-günə satır, rəislərin yerlərində olmadığını və seçkilərlə bağlı yerlərində tapılmadıqlarını deyirlər. O, qurbanlardan biri də mənəm. Bir neçə ay öncə 2356 azn. ödəsəm də 20 gün ərzində hazır olacaq sənədləri hələ də gözləməkdəyəm. Onu da qeyd edim ki, bu məbləğin 300 manatını Milli ön vasitəsilə dəllalların dediyi kimi Verdiyeva Aynur adlı şəxsin hesabına köçürülüb. Qəbzin telefonla çəkilmiş surətini sübut kimi təqdim edirəm. Bu işin əsas təşəbbüskarının şəklini və hər iki şəxsin əlaqə nömrələrini Sizlərə təqdim edirəm ki, onları tanıyasınız. Təbii ki, bununla bağlı polis orqanlarına, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinə və digər müvafiq qurumlara müraciət olunacaq. Əgər bu məsələ öz həllini tapmazsa həmin şəxslərin kimlikləri, arxalanıb istifadə etdiyi Naxçıvanda yaşayan və məsul vəzifədə olan dediyinə görə qardaşının, həmçinin başqa adlar, whatsapp yazışmaları tezliklə növbəti yazılarda dərc olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.