Deputatların mobil nömrələri “məzələnmək” üçündür? - Replika

4-11-2019, 13:08           
Deputatların mobil nömrələri “məzələnmək” üçündür? - Replika
Teref.az - Bir neçə gün öncə basında Milli Məclisin bütün deputatlarının köməkçilərinin mobil nömrələri dərc olundu və bununla da vətəndaşların problemlərinin birbaşa vəkillərinə çatdırılacağına inam artdı. Amma, heç demə, bu kampaniya növbəti “məzələnmək şou”sundan özgə bir şey deyilmiş.

Millət vəkili, AHİK sədrinə müraciət edib “Bilgəh” sanatoriyasına yollayış verilməsinə nail olan Qarabağ əlilindən ƏƏSMN -də yollayışın dəyərinin 15 faizi həcmində ödəniş tələb edilməsi əlilin millət vəkilinə yenidən müraciət etməsinə nədən olub. AHİK-dən daxil olan nömrə susduğundan əlil basında dərc olunan siyahıdan deputatın köməkçisi Rizvan Həsənquliyevə aid olduğu bildirilən 0506497066 və 070 7442537 nömrələrinə zəng edib. Və. .. bəlli olub ki, birinci nömrə , ümumiyyətlə, cavab vermir, ikinci nömrə həqiqətən deputatın köməkçisinin nömrəsidir. Amma və nə yazıq, deputat köməkçisi Rizvan Həsənquliyev Naxçıvandan deputata köməkçilik etdiyini bildirib və əlilə heç bir kömək edə bilməyəcəyini vurğulayıb. Haqlı sual doğur, köməkçi Bakıdakı vəkilə Naxçıvanda köməklik edəcəksə, belə çıxır, yalnız Naxçıvan seçicilərinin problemlərinə diqqət etməlidir və əlilin-seçicinin problemini elə telefonla deputata çatdıra bilməz? Bəs onda bu telefon nədən yanadır? “Məzələnmək”dən başqa nəsə fikirləşmək olmur. Ondansa, deputatların elektron ünvanları açıqlansa, daha effektli və məntiqli olardı. Nə yazıq, kompüter, elektron texnologiyaları dönəmində məmurların, deputatların elektron ünvanları vətəndaşdan gizlədilir.

Bir sözlə, deputatların mobil nömrələrinin açıqlanması hələ deputata operativ müraciət etməyə nədən olmur. Nömrə cavab vermir, verəndə isə deputatdan uzaqda olur. ..
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.