Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Namiq oğlu Quluzadə birdən-birə varlanmaq həvəsinə düşüb

8-11-2019, 00:51           
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Namiq oğlu Quluzadə birdən-birə varlanmaq həvəsinə düşüb
Teref.az sosial şəbəkə istifadəçisi Elçin Cavadovun şikayətini təqdim edir:
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Namiq oğlu Quluzadə birdən-birə varlanmaq həvəsinə düşüb.Bu bacarıqsız nazir, Prezident İlham Əliyevin siyasətinin əleyhinə gedərək respublikada rabitə bazarında monopoliya yaratmaq istəyir.Belə ki,
Gəncə şəhərində özəl internet provayderləri "Aztelekom" rəhbərliyi tərəfindən sıxışdırılır, məcburi şəkildə telefon nömrələri dəyişdirilir və abonentlərin "Aztelekom"-a qoşulması tələb olunur. Bu özbaşınalıq isə inhisarçılığa, baha və keyfiyyətsiz xidmətə səbəb olur. ADSL texnologiyasının köhnəlmiş olduğunu nəzərə alsaq artıq hər bir abonentin fiberoptik internetlə təmin olunmasına ehtiyac yaranır. Gəncədə mis rabitə xəttləri tamamilə ləğv edilməli, əvəzində müasir fiberoptik şəbəkə hər bir abonentin ünvanına çəkilməlidir. Yeni texnologiyanın tətbiqi adı ilə yalnız telefon nömrələrini dəyişməklə özəl provayderlərə yer vermərəyək abonentləri fakt qarşısında qoyaraq onlara yalnız Aztelekom provayderinə qoşulmaq üçün şərait yaradılması inhisarçılıqdır. Aztelekom-un xidmətləri isə digər ölkələrə nisbətən həm baha,həm də tamamilə keyfiyyətsizdir. İnternetin inkişafına dair Yol Xəritəsi proqramına uyğun olaraq Gəncə şəhərinin tam olaraq fiberoptik şəbəkə ilə təmin olunması, internet xidmətləri bazarında bütün provayderləin azad və haqlı rəqabət prinsipləri əsasında iştirakına şərait yaradılması və internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi vacib məsələdir.
Elçin Cavadov.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.