Qarabağ müharibə veteranı 1 ci Vitse - Prezidentə müraciət etdi - ŞİKAYƏT

11-11-2019, 07:37           
Qarabağ müharibə veteranı 1 ci Vitse - Prezidentə müraciət etdi - ŞİKAYƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri.

Cənab Sahil Babayevə.

DSMF-nun Mingəçevir şəhər şöbəsinə.

Mingəçevir şəhəri, Günəşli evləri, 3-cü küçədə yaşayan müharibə iştirakçısı Rəsulov Fəxrəddin Niyazi oğlu tərəfindən.


Ə r i z ə


Bildirmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Hal-hazırda müharibə veteranıyam.

Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsindən Müharibə veteranı kimi müavinat alıram, lakin qanunla Müharibə veteranlarına ödənilməyən müavinatın, yəni müavinat almaq hüququm yarandığı gündən Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq 2016-cı ilin mart ayından 2019-cu ilin mart ayına qədər fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür.

Qeyd etmək istəyirəm ki, DSMF Mingəçevir rayon şöbəsindən Müharibə veteranı kimi müavinat alıram, DSMF Mingəçevir rayon şöbəsinə qanuna müvafiq olaraq müraciət etdim ki, mənə Müharibə veteranı kimi müavinatın ödənilməyən 2016-cı ilin mart ayından 2019-cu ilədək fərq məbləği ödənilsin, lakim bu barədə müraciətimə imtina edilmişdir, məcbur qalıb məhkəməyə müraciət etdim, məhkəmə xeyrimə qərar qəbul etdi və məhkəmə qərarı qanuni qüvvəsini almışdır, lakin bu günə kimi hələdə məhkəmə qərarı icra edilməyərək qalmaqdadır.

Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz, mənə ödəniləcək pul vəsaitinin hesablanıb cəminin nə qədər olması barədə yazılı şəkildə məlumat verəsiniz və mənə Müharibə veteranı kimi müavinatın ödənilməyən, yəni 2016-cı ilin mart ayından 2019-cu ilin mart ayına qədər cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müvafiq göstəriş verəsiniz.



02.10.2019-cu il. İmza: Rəsulov Fəxrəddin Niyazi oğlu.
Qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.