AQTA-nın qadağan etdiyi mallar məhv edilmir: "Kağızı dəyişdirilib yenidən satışa çıxarılır"- BÖYÜK İDDİA

3-12-2019, 00:01           
AQTA-nın qadağan etdiyi mallar məhv edilmir: "Kağızı dəyişdirilib yenidən satışa çıxarılır"- BÖYÜK İDDİA
AQTA-nın qadağan etdiyi mallar məhv edilmir: "Kağızı dəyişdirilib yenidən satışa çıxarılır"- BÖYÜK İDDİA

AQTA-nın qadağan etdiyi mallar məhv edilmir: "Kağızı dəyişdirilib yenidən satışa çıxarılır"- BÖYÜK İDDİA

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi olaraq antisanitar şəraitdə istehsal olunan, satışa çıxarılan vaxtı keçmiş məhsullar, standartlara cavab verməyən məhsulları aşkarlayır.

Cəza olaraq isə ya həmin istehsalçı obyektin fəaliyyəti məhdudlaşdırılır, ya da tamamiylə dayandırılır. Məsələn, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu Mirzabəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib və nəticədə sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.

Cebhe.info-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliliyinin sədri Eyyub Hüseynov deyib ki, bu halların geniş vüsət almasına səbəb keyfiyyətsiz məhsulların yandırılmasının həyata keçirilməməsi və ya yandırılmanın şəffaf şəkildə yerinə yetirilməməsidir:

“Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi ilə bağlı qanunlar yox, Lomonosovun “Maddənin itməməsi qanunu” hökm sürür. Yəni maddə itmir, şəklini dəyişir. Vaxtı keçmiş mallar toplanıb market sahibinə verilir ki, məhv edilsin və bu barədə gətirib AQTA-ya akt versin. O da gedib açır tökür, başqa kağıza büküb yenidən satışa çıxarır. AQTA-ya verilən aktlar da çox vaxt saxta olur. Mən 22 ildə cəmi 2 dəfə malların şəffaf şəkildə məhv olunmasını görmüşəm. Ona görə də dəfələrlə demişəm bu məhsulları məhv etmək üçün bir MMC yaradılmalı və o, AQTA-nın arxası ilə kölgə kimi gəzərək aşkarlanan bu məhsulları yerində məhv etməlidir.

AQTA kiçik sahibkarların fəaliyyətini tamamilə dayandırmamalıdır. Əksinə, subsidiyalar tapıb o kiçik sahibkarlıqlara dəstək olmalıdır ki, ayaq üstə durub daha yaxşı mallar istehsal edə bilsin. Əks halda bu, işsizlik və bahalaşma ilə müşayət oluna bilər. Bu yaxınlarda AQTA kimyəvi məhsullar qatılaraq istehsal edilən qənd məhsullarını qadağan etməsinə baxmayaraq, istehlakçılar bunların hazırda marketlərdə satılan nümunələrini mənə təqdim etdilər. Bunlardan biri də “Qidam” qəndidir. Yəni bunlar AQTA-nın elanından sonra satışda var. Bu da dövlət orqanı olan AQTA-nın işinin effektivsizliyini sübut edir. İstifadəyə yararsız məhsulları bilərək satışa çıxaran istehsalçılara qarşı da cəza mexanizmini sərtləşdirmək lazımdır. Çünki onlar bu işi bilərək edirlər”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.