Şamaxıda BOZ KARDİNAL Yaqub Yaqubov KİMDİR? - Prezidentə MÜRACİƏT

18-01-2020, 02:09           
Şamaxıda BOZ KARDİNAL Yaqub Yaqubov KİMDİR? - Prezidentə MÜRACİƏT
Şamaxı rayon İcra başçısı Tahir Məmmədov və köməkçisi Yaqubla əlbir olub. Bütün maxinasiya işlərini Tahir müəllim özü ilə gətirdiyi Yaqub Yaqubova həvalə edib. Yaqub köməkçi olmasına baxmayaraq, icra başçısının müavini üçün nəzərdə tutulmuş xidməti maşınla da təmin olunub.

Rayonun İcra Baçşısının müavinləri olmasına baxmayara, hətta birinci müavininnən belə üstün söz Yaqubundur. Köməkçi gətirildiyi gündən 56AA095 nömrəli avtomobillə gəzir və hər yerdə tam səlahiyyətli şəxs kimi çirkin işləri Tahir müəllimin adından aparır. Qısa zaman kəsiyində Şamaxının “Boz Kardinal”ı kimi tanınan Yaqub, icra başçısının tapşırıqları fəadakarlıqla icra edir iddiaları ilə İxa.az-a şikayət məktubu ünvanlanıb.

Həmin müraciəti İxa.az olduğu kimi təqdim edirik:




Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Surəti:Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman) Səbinə Əliyevaya

Şikayət Ərizəsi-7

"Hörmətli cənab Prezident. Biz Şamaxılılar Sizin və birinci xanımın rayonumuza göstərdiyiniz diqqətdən sonsuz razıyıq və rayonumuzun turizm potensialının artırılması üçün gördüyünüz işlərlə fəxr, qürur duyuruq. Zəlzələ nəticəsində zərərçəkmiş ailələr üçün tikilən evlərə Sizin şəxsən gəlməyiniz isə bizdə bir daha ruh yüksəkliyi yaratdı. Sizə bir daha bütün şamaxılılar adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Lakin Sizin siyasətinizi bəzi hallarda yerlərdə düzgün təqdim etmirlər, Sizin göstərdiyiniz böyük etimadı yalan məlumatlarla ört-basdır edərək, doğrultmurlar. Siz son çıxışınızda çox düzgün qeyd etdiniz ki, bəzi icra başçıları Sizə yalan məlumatlar ötürürlər və bizim yazdıqlarımız məktub və teleqramların Sizə çatmasına əngəllər yaradırlar… Məhz bunun üçün bu məktubumuzu nömrələmək məcburiyyətində qaldıq. Bu günlərdə poçt işçilərindən aldığımız məlumata görə İcra Başçısı Tahir Məmmədov Sizə və ümumiyyətlə Administrasiyanıza ünvanlanan məktubları ona çatdırmağı tapşırıb… buna görə da biz bu məktubu Sizə Bakıdan gəlib göndərmək məcburiyyətində qaldıq. Sizin zəlzələdən zərər çəkmiş ailələrin evlərinin bərpası üçün ayırdığınız pullar Tahir müəllim və onun komandası üçün “biznes” mənbəyinə çevrilib. Vəziyyədən istifadə edərək onlar müəyyən olunmuş qiymətlərlə heç bir zərər çəkməmiş evləri belə söküb yenidən tikdirirlər, yetər ki, siyahıya düşmək üçün “şirinlikləri” çatsın. Belə olduğu halda isə evinin təmirinə və ya tikilməsinə doğrdan ehtiyacı olan insanlar növbələr gözləyir... Hələ bu azmış kimi yini tikilən çoxmənzilli evləri belə satmağa başlayıblar. Hal-hazırda biz həmin adamların siyahısını tamamlayıb Sizə göndərəcəyik. Bütün maxinasiya işlərini Tahir müəllim özü ilə gətirdiyi Yaqub Yaqubova həvalə edib. Yaqub köməkçi olmasına baxmayaraq, icra başçısının müavini üçün nəzərdə tutulmuş xidməti maşınla da təmin olunub. Rayonun İcra Baçşısının müavinləri olmasına baxmayara, hətta birinci müavininnən belə üstün söz Yaqubundur... Helə gördüyü işlərdə İcra Başçısının müavininin işlərindən geri qalmır. Yaqub gəldiyi günnən 56AA095 nömrəli avtomobillə gəzir və hər yerdə tam səlahiyyətli şəxs kimi çirkin işləri Tahir müəllimin adından aparır. Rayonda gənclərin işlə təmin ola bilmədiyi halda, özü ilə rayona gətirdiyi kadrın kimliyi və rolu indi heç kimə sirr deyil... artıq Şamaxıda “Boz Kardinal” kimi tanınan Yaqub Tahir müəllimin tapşırıqlarını fəadakarlıqla yerinə yetirir...



Bəlkədə, şamaxılıların səbr kasasını Tahir-Yaqub çütlüyü Son Bələdiyyə seçkilərində kəskin şəkildə doldurdu. Açıq hərrac kimi namizədlərin siyahısı hazırlandı, səriştəsi və ya cəmiyyət içində nüfuzu, hörməti olmayan, lakin onlara rüşvət verməklə siyahıya düşənlər oldu. Qızmeydan, I Çaylı, Həmyəli, Şəhriyar, Quşçu, Dəmirçi və s. kimi kənd və qəsəbələrdə, o cümlədən Şamaxının özündə qarşıdurma yaratdılar. Hətta I Çaylı kəndinin camaatı piket keçirmək üçün müraciətdə etmişdilər. Şəhriyar qəsəbəsində isə sədr kimi pulu alınmış adam Sabir Mikayılov şizofreniyadan əziyyət çəkdiyi üçün hərbi xidmətə belə aparılmamışdır. Şizofreniyadan əziyyət çəkən insana maşın sürməyə icazə verilmədiyi halda, Şəhriyar qəsəbəsi kimi çox millətli (əhalinin əsas hissəsini İrandan köçmüş insanlar, tat mənşəli və digər kəndlərdən gələnlərdir) və çox etnoslu çətin bir yerə sədr qoyurlar. 85 saylı Şamaxı dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbova bunu bildirəndə isə, o “Gedin kimə deyirsiz deyin, Tahir müəllim mənə deyib edirəm...”, deyə özbaşnalıq olduğunu nümüyiş etdirir... Məntəqə sədri isə məktəb direktoru idi. Ona deyəndə, ki siz ki taniyirsız onu necə yol verə bilirsiz, o bildirdi ki, Sabir məktəbi bitirəndə sevindik ki, dəlidən canımız qurtardı indi deyiblər seçilməlidir, mən nə edim...

Seçki günü çoxsaylı qanun pozuntularınnan seçicilərin MSK-ya yazdığı etiraz məktub və zənglərinə cavab olaraq, DSK guya araşdırma apardı, lakin müşahidəçilərin hamısının iştirakı olmadan işi bağladılar. DSK- sədri Hüseyin Rəcəbov “kimə deyirsiz gedin deyin, başçının Sabirin olmasına tapşırığı var edirəm...” deyə öz münasibətini bildirib. Qeyd edək ki, seçkini namizədlərin müşahidəçiləri ilə bərabər həm namizədlərin, həm də müstəqil müşahidəçilər izləyirdi, amma nə araşdırma zamanı nə də seçki günü onlar yekun protokolu imzalamamışdır. Digər məntəqələr üzrə də namizədlər “şirinlikləri” alınaraq Tahir-Yaqub çütlüyünün siyahısı ilə hazırlandı. Artıq hec nəyə baxmayaraq, həmin namizədlər seçilib, təsdiq olunub, hətta işlərinə də başlayıblar....

Bu azmış kimi, bu günlərdə Tahir müəllim öz yaxın qohumunu, rayonda yaradılan tikintiyə nəzarət şöbəsinə gətirtdi Bakıdan. Bəyəm ziyalılar diyarı Şamaxıda səriştəli adam yox idi, yoxsa Tahir müəllimin meyarlarına uyğun gəlmirdi? Rayonlarda işsizliyin aradan qaldırılması üçün Sizin uğurla apardığınız siyasətə zidd atdım atmağa Tahir müəllimi vadar edən səbəbi aydındır...

Cənab Prezident, Sizdən xahiş edirik, bu dəfə də səsimizi eşidib, biz şamaxılıları bu Yaqub və Tahir müəllim kimi dəllalların seçdiyi şizofreniklərin, təcrübəsiz və səriştəsiz adamların ümüdünə buraxmayasız və rayonumuzda hökm sürən özbaşnalıqlara son qoyasınız.Qeyd! Ərizədəki məlumatların hər biri öz təsdiqini tapması şübhəsizdir."

Qarşı tərəfidə dinləməyə hazırıq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.