MÖVQE: Fərhad Əhmədov etiraz etdi: “Qardaşım deyil…”

22-01-2020, 17:45           
MÖVQE: Fərhad Əhmədov etiraz etdi: “Qardaşım deyil…”
Rusiya vətəndaşı Əhmədov Fərhad Teymur oğlunun etibarnamə üzrə nümayəndəsi Şahverdiyev Nail Murad oğlu tərəfindən Teref.az-ın poçtuna etiraz məktubu daxil olub. Aşağıda qeyd olunan məqalənin müəllifi Teref.az olmasada poçtumuza daxl olan etiraz məktubunu dərc edirik:

F.Əhmədovun nümayəndəsi qeyd edib ki, 19.01.2020-ci ilı tarixdə reportyer.info saytına istinadən saytımızda “Göyçayda toqquşan üç baş: oliqarx qardaşı, başçı “qoçu”su və…” başlıqlı məqalə dərc edilib.

Həmin məqalədə qeyd edilmişdir ki, “89 saylı Göyçay-Ağdaş seçki dairəsi maraqlı seçki mübarizəsi yaşanacaq yerlərdən biridir. Reportyor.info xəbər verir ki, bu dairədə əsas namizədlərdən biri Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat Şöbəsi müdirinin müavini Məzahir Əfəndiyevdir.

Digər namizəd göyçaylı oliqarx Fərhad Əhmədovun qardaşı, “AzNar” QSC-nin baş direktoru Teymur Əhmədovdur. YAP-ın bu dairədən namizədi isə adı müxtəlif qalmaqallarda çəkilən, Göyçayın icra başçısı Mehdi Səlimzadənin adamı, İH-də şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Rəşad Şükürovdur”.

F.Əhmədov deyilənlərin həqiqətə uyğun olmadığını məktubunda qeyd edib: “Bildirirəm ki, həmin məqalədə mənə aid olan yazıların bir cümləsi belə həqiqətə uyğun deyil. Belə ki, ilk öncə bildirirəm ki, Teymur Əhmədov mənim qardaşım deyil. Bundan əlavə bildirirəm ki, Teymur Əhmədov artıq 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən 09.02.2020-ci il tarixə təyin edilmiş Milli Məclisə seçiləcək namizədlər sırasında deyil. Bu məlumatı Mərkəzi Seçki Komissiyasını İnformasiya Mərkəzindən əldə etmək mümkündür.

Bundan əlavə məqələdə qeyd olunmuşdur ki, “F.Əhmədovla icra başçısı M.Səlimzadə az qala düşmən kimidirlər”. Bu məlumatda həqiqətə uyğun deyildir. Ümumiyyətlə, məqalədə yuxarıda qeyd etdiyim kimi, məqalədə mənə dair məlumatların heç biri həqiqətə uyğun deyil.

Eləcə də, məqalədə qeyd olunan xəbərə aid olmayan, hesab edirəm ki, oxucu marağını artırmaq üçün, yenədə həqiqətə uyğun olmayan mənim şəxsi həyatım barədə informasiya yerləşdirilmişdir. Bu isə öz növbəsində nə jurnalist, nə də adi insan etikasına, davranış qaydalarına cavab vermir.

Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası “Kütləvi informasiya vasitələri haqqında” qanununun 44-cü maddəsini rəhbər tutaraq xahiş edirəm:
-“www.reportyer.info və Teref.az” informasiya portalında 19.01.2020-ci il tarixdə dərc edilmiş “Göyçayda toqquşan üç baş: oliqarx qardaşı, başçı “qoçu”su və…” adlı məqalənin təkzib edilməsini təmin edəsiniz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.