Ramin Əhmədov YAP-ın rəsmi namizədinə rəqib olub - 16 saylı dairədə nə baş verir?

22-01-2020, 19:50           
Ramin Əhmədov YAP-ın rəsmi namizədinə rəqib olub - 16 saylı dairədə nə baş verir?
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə seçki yarışı hərarətli keçir.

AzFakt.com Mia.az-a istinadən xəbər verir ki, bu dairədən hakim partiya - YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, bu dairədə ən çox diqqət çəkən məqamlardan biri də YAP-ın burada bir vəzifəli namizədi də var.

O, "RX SƏRDAROĞULLARI HOLDİNG" MMC-nin meneceri, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovdur. Onun, həm də nazir Kəmaləddin Heydərovun atası Fəttah Heydərovla çox yaxın olduğu haqda söhbətlər dolaşır.

Maraqlıdır, R.Əhmədov YAP-da mühüm vəzifə daşıdığı halda, partiyanın qərarını gözardı edib, 16 saylı dairədə seçkiyə qatılmaqla, nəyi planlayıb?

Hər halda bu sualların cavabı seçki gününə qədər açıq qalacaq.

Seçki.net-in xəbərinə görə isə, Ramin Əhmədov həm də Azərbaycan Ağsaqqallar Şurası sədri Fəttah Heydərovun köməkçisi, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, eyni zamanda iş adamı tanınan Ramin Əhmədov da növbədənkənar parlament seçkilərinə qatılıb.

Sayt Ramin Əhmədovun qlamur həyat tərzi keçirməsi ilə bağlı maraqlı fotolarda paylaşaraq, daha sonra belə yazıb: "Qeyd edək ki, Ramin Əhmədovun adı ölkə mətbuatında Nizami rayonunda çoxlu sayda obyektlərə nəzarət edən administrator kimi hallanır. Dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə reklam edən Ramin Əhmədov qlamur YAP-çı kimi tanınır" (Mənbə:Secki.net)

Onu da qeyd edək ki, bu dairədən Müsavatın namizədi BDU-nun professoru Almaz Məmmədovadır. Digər fəal namizəd isə "Real"dan Erkin Qədirlidir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.