Çingiz Qənizadəyə görə Beyləqanda seçki qanunları pozulur - QALMAQAL

23-01-2020, 17:48           
Çingiz Qənizadəyə görə Beyləqanda seçki qanunları pozulur - QALMAQAL
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin Beyləqan rayonun kəndlərində keçirdiyi görüşlər zaman seçki qanunları kobud şəkildə pozulmaqda davam edir.

Bu barədə AzFakt.com-a Beyləqandan daxil olan məlumatda qeyd edilir ki, dünən rayonunun İkinci Şahsevən, Qaradağlı, Aşıqalılar, Əhmədli, Aşağı Çəmənli kəndlərində Çingiz Qənizadə “seçici”ləri ilə keçirtdiyi görüşlərdə adıçəkilən kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri və orta məktəb direktorları kütləvi şəkildə iştirak ediblər.

Həmin görüşlərdə kənd orta məktəblərinin və xəstəxanaların müəllim, tibb işçiləri kollektivinin böyük əksəriyyəti məcburi görüşə gətiriliblər. İcra nümayəndələrinin, bələdiyyələrin, həmçinin müəllim və tibb işçilərinin Çingiz Qənizadənin təbliğat-təşviqat kompaniyasına məcburi şəkildə səfərbər edilməsi 9 fevralda keçiriləcək seçkilərə ciddi şəkildə kölgə salır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.