Hadı Rəcəbli seçicilərə 20 manat və yağ payladı – İDDİA

27-01-2020, 11:27           
Hadı Rəcəbli seçicilərə 20 manat və yağ payladı – İDDİA
74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa “əbədi” namizəd Hadı Rəcəblinin seçicilərə 20 manatdan pul və hərəyə bir qutu yağ bağışladığı xəbərləri yayılıb. Reportyor.info-ya verilən məlumata görə, Lənkəranın kəndlərində seçicilərin dəstəyini və səsini almaq üçün H.Rəcəblinin seçki qərargahının üzvləri onun tapşırığı ilə bir qrup adama 20 manat və yağ hədiyyə ediblər. Bu da təbliğat kampaniyası dövründə yolverilməz haldır və seçki qanunu pozmaq kimi qiymətləndirilir. Deputatlığa namizəd seçicinin səsini qazanmaq üçün şirnikləndirici vasitələrdən istifadə edə, pul və digər qiymətli hədiyyələr paylaya bilməz. Namizəd təbliğat kampaniyasında seçicilərlə görüşüb, platformasını açıqlamalıdır, insanların problemlərini öyrənməlidir, deputat seçilərsə Milli Məclisdə hansı məsələləri qaldıracağını vəd verməlidir. Onun işi pul paylamaq, ərzaq vermək, yol çəkdirmək, park tikdirmək deyil. Amma Lənkəran kənd seçki dairəsindən “əbədi” deputat olan və hər çıxışı qalmaqal, qıcıq doğuran, müəllimə dərsdən sonra fəhləlik edən söyləyən Hadı Rəcəbli təzədən mandat iddiasındadır. Onun yenidən deputat ediləcəyi şübhəsizdir. Çünki bu dairədə rəqibləri demək olar ki, yoxdur, onlar formal olaraq irəli sürülüblər, əksəriyyəti işsizdir, yaxud da müəllimdir.

Reportyor.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.