Rayonlararası taksilərin qiymətlərinə nəzarət yoxdur – AÇIQLAMA

3-06-2020, 13:22           
Rayonlararası taksilərin qiymətlərinə nəzarət yoxdur – AÇIQLAMA
Hazırda Bakı avtovağzalının fəaliyyət göstərməməsi taksilərin müştərilərini xeyli artırıb. İnsanlar regionlara gedib gəlmək üçün taksidən istifadə edirlər.

Qazet.az xəbər verir ki, alternativ nəqliyyat vasitəsi olmadığından, bir çox taksi sürücüləri qiymətlərini bahalaşdırıb – 10 manatlıq yol üçün bəzən müştəridən 30-50 manat tələb edirlər.

Saytımıza müraciət edən sərnişinlərin şikayətini nəzərə alaraq mövzu ilə bağlı kiçik araşdırma apardıq.

Suallarımızı cavablandıran Dövlət Avtomobil Nəzarəti Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, qiymətlərlə bağlı xüsusi nəzarət yoxdur.

“Dövlətdən fərqlənmə nişanı almayan taksilərə nəzarət bizdə deyil. Onlar qanunsuz fəaliyyət göstərənlərdir. Fərqlənmə nişanı olan taksilərdə də qiymətə müdaxilə edilmir. Burada fərdi sahibkar qiyməti özü müəyyən edir. Fərqlənmə nişanı alan taksilərə tapşırıq və tövsiyələr verilib. Qiymətlərin nəzərə alınması tapşırılıb. İstənilən halda, ona standart qiymət tətbiq edilmir”, – deyə Nuridə Allahyarova qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.