Növbəti həftədən qadağalar bütün ölkəni əhatə edəcək

4-06-2020, 00:00           
Növbəti həftədən qadağalar bütün ölkəni əhatə edəcək
Həftəsonu küçəyə çıxmaq qadağası bölgələrə də şamil oluna bilər.

Teref.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heytəinin sədri Ramin Bayramalı bugünkü brifinqdə bildirib:

“Məhdudiyyətlər bu dəfə birinci klastr üzrə nəzərdə tutulur. Növbəti həftə ərzində buraya bütün ölkə ərazisi daxil edilə bilər. Bununla bağlı da təkliflər var və müzakirə mərhələsindədir. Bu, epidemioloji göstəricilərdən və bölgələrdəki vətəndaşlarımızın qaydalara əməl etməsindən asılıdır. Böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərimiz narıncı sahə kriteriyasına uğyun olsa, onlarda da məhdudiyyətlər tətbiq olunacaq. Hazırda bir neçə gündür bəzi kəndlərə giriş-çıxış dayandırılıb”.
Lalə












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.