İşçisindən nazirə şikayət olundu - GİLEY

3-07-2020, 10:30           
İşçisindən nazirə şikayət olundu - GİLEY
Dünyanı ağuşuna almış korona virusun insanları küncə sıxışdırdığı dönəmdə insanlar bir birlərinə dayaq durmaq əvəzinə bölüşdürülə bilməyəcək dərdin azalması əvəzinə bir birinə düşmən kəsilmişlər.Onlar bir birinin ailələrinin dağılması üçün bir birlərinə pislik etmək üçün sanki yarışırlarmış kimi görünürlər.Söhbəti uzatmaq fikrim yoxdur. Dərhal mətləbə keçəcəm. Hadisə Şirvan şəhərində baş verib.Ağayev Əliağa Səttar oğlunun ailəsində 2 övlad dünyaya gəlib.1i qız 1i oğlan.Əliağa müəllim xanımı ilə bərabər bu övladların böyüməsi üçün minbir əzab əziyyət çəkiblər.Hətta övladlarına toy belə ediblər.Taleyin qisməti Əliağa müəllimin qızının toyundan 28 gün sonra onları dəhşətli bir qəza ilə üzləşdirir.Əliağa müəllimin yenicə ailə qurmuş qızı öz ailəsi öz həyat yoldaşı ilə yolda qəza keçirərək hər iki gənc dünyalarını dəyişirlər.O Əliağa müəllim ki ulu öndər Heydər Əliyev onları tanıyırdı.Bu faciədən sonra Əliağa müəllimin dəhşətli çətin günləri başlamışdı.Oğlu Amilin ailəli olması və onun övladlarının Əliağa müəllimə təskinlik verməsi onu həyatda yaşamağa dəyər prinsipini yaşatdı.Sonradan hansısa qara qüvvələr bu ailənin dağılmasına səbəb oldu. Əliağa müəllimin ailəsi həyat yoldaşı özü və oğlu ailənin dağılmaması üçün uzun illər əllərindən gələni əsirgəmədilər.Söhbət əsnasında bəlli oldu ki, dəhşətli bir ailə dramı növbəti dəfə yaşanır.Əliağa müəllimin evinə mollalar cadugərlər dəstə-dəstə gəlib gedirlər.Onları kimlər gətirir bu başqa bir yazının mövzusudur.Amma Əliağa müəllimin oğlu Amilin bu ilin iyun ayında avtomobil qəzasına düşməsi 7 qabırğasının sınması 39 dərəcədə temperaturadan həbsə atılması bizim qanunlarımızın Şirvan şəhərində Ədliyyə Naizrliyinin işçisi Cabir Abbasov tərəfindən və o həbs qərarını çıxaran hakim tərəfindən hansı dərəcədə pozulmasından xəbər verir. Görəsən Cabir Abbasov kimi məmurlar cənab prezidentimizin əmr və göstərişlərinə belə mi əməl edirlər?Məgər Ədliyyə naziri cənab Fikrət Məmmədov Cabir Abbasovlara beləmi tapşırıq verib?Görəsən bizim konstitusiyamızda yazılıbmı ki borclu tərəfə aliment borcunu ödədiyi təqdirdə şəxsi həbs edərlərmi?Bu və ya digər məsələlər haqqında Şirvan şəhər sakini Əliağa müəllim ətraflı aşağıdakı videoda: //sabahnews.az//
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.