"KapitalBank" sənədləşmədən sonra olar deyir, ƏƏSMN isə qadağan edir

9-07-2020, 13:38           
"KapitalBank" sənədləşmədən sonra olar deyir, ƏƏSMN isə qadağan edir
"Əvvəllər "KapitalBank"ın pensiya kartlarına mədaxil emək mümkün idi. Çox rahat istifadə edilirdi. Yəni kimsə başqasına pul göndərmək istəsə, kartın nömrəsini qeyd etməklə MilliÖn aparatından kart cash-in edərdi və kart sahibi ən yaxın bankomatdan pulu rahat şəkildə çəkə bilirdi. Amma bizim hökümətimiz 1 iyuldan etibarən həmin kartlara mədaxilə məhdudiyyət qoyub".


AFN xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbdaoğlu deyib. O, qeyd edib ki, yeni qaydalara görə, belə köçürmələr yalnız bankla göndərilməlidir və yaxud da avqust ayının 1-dən etibarən kart sahibi banka yaxınlaşıb, ərizə-blankı doldurduqdan sonra xidmətdən istifadəni aktiv edə bilər. "Burda məqsəd nədir?" deyə sual edən ekspert bildirib ki, "KapitalBank"ın ofislərinin qarşısı virus mənbəyidir, orda yarana növbələrdə dayanlar sosial məsafə gözləmir: "Nədən, bu hökümət əhalini məqədli şəkildə "KapitalBank"a yönəldir? Sosial kartlara pul köçürmələrinin qarşısını alıb, əhalini virusa yoluxdurmaq istəyirlərmi? "KapitalBank" deyir ki, yeni dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib, bizlik deyi. Başqa bir məlumata görə, Mərkəzi Bank sosial kartlara mədaxillə bağlı bütün banklara təlimat göndərib ki, bu tip kartlarla edilən əməliyyatlar zamanı müştərilərin dövriyyəsini eyniləşdirə bilmirlər, bu maliyyə monitorinqi ilə bağlı risklər yaradır. Başa düşülən odur ki, Mərkəzi Bank belə kartlar vasitəsilə xarici saytlarda alış-veriş zamanı valyuta çıxışına da nəzarət etmək istəyir".

Maraqlıdır ki, tərəflər belə bir məhdudiyyətin yaradıldığını etiraf edirlər. Lakin görünən odur ki, hörmətli alimin də qeyd etdiyi kimi, insanların təhlükəsizliyinin təhlükəyə atılmasına heç bir izah verilmir. AFN-in sorğusuna "KapitalBank"dan verilən cavabda bildirilir ki, təqaüd və əmək haqqı kartlarına kənar mədaxillərin bağlanması, müştərilərin kartlarının təyinatı üzrə imkanlarını məhdudlaşdırmır. Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun sözlərinə görə, əgər müştəri əməkhaqqı və təqaüd kartlarına əlavə vəsaitlərin mədaxil olunmasını istəyirsə, bunun üçün filiala müraciət edib, qanunvericiliyin tələblərinə uyğun olan müvafiq sənədləri imzalamalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də belə bir məhdudiyyətin tətbiqində rolu olduğunu danmadı. Nazirlikdən AFN-in sorğusuna cavab olaraq bildirilib ki, sosial təminat növləri üzrə ödənişlərin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılan hesablar üzrə bank kartları yalnız bu istiqamətdə istifadə oluna bilər: "Buna görə də həmin ödənişlərin edilməsi üçün açılmış hesablara kənar vəsaitin mədaxil edilməsi məhdudlaşdırılıb".

Mərkəzi Banka ünvanladığımız sorğu cavabsız qaldı. Məsələ ilə bağlı pandemiya dövründə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargaha da sorğu ünvanladıq. Cavab verilərsə dərc edəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.