Bu gecə Rusiyadan Bakıya həkimlər qrupu gəldi

12-07-2020, 12:33           
Bu gecə Rusiyadan Bakıya həkimlər qrupu gəldi
Bu gün koronavirusla mübarizə aparmaq üçün Rusiyadan Azərbaycana həkimlər qrupu göndərilib.
Virtualaz.org xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumata əsasən Moskvanın İ.M.Seçenov adına dövlət universitetinin klinikasının həkimlər qrupu iyulun 12-də xüsusi reyslə Bakıya yola düşüb. “Azərbaycan hökumətinin xahişi ilə bazar günü İ.M.Seçenov adına Birinci Moskva dövlət universitetinin həkimlər qrupu koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilinə yardım göstərmək üçün bu ölkəyə göndərilir”,-məlumatda deyilir.
Mütəxəssislər komandasına Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir.
Xatırladaq ki, bundan əvvəl Rusiya və Türkiyədən olan həkimlər koronavirusla mübarizənin təşkilinə dəstək vermək üçün Bakıya gəliblər. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşmələr aparıblar, bəzi xəstəxanalara baş çəkiblər.
Azərbaycan hökuməti koronavirusla mübarizə üçün Çin və Kubadan da həkimlər dəvət edib. Xaricdən cəlb olunan həkimlər ayrı-ayrı xəstəxanalara təhkim olunacaqlar.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.