Azərbaycan təhlükəli vəziyyətdən çıxır? - “Həftənin sonuna qədər belə davam edərsə...” - Baş infeksionist

14-07-2020, 15:24           
Azərbaycan təhlükəli vəziyyətdən çıxır? -
Son günlər ölkə ərazisində koronavirusdan sağalanların sayı artıb.

Belə ki, dünən 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər isə sağalıb. Bu isə sağalanların sayının yoluxanların sayını üstələməsidir.

Əvvəlki günlərdə də sağalanların sayında artım özünü göstərib. Mütəxəssislər də bildirir ki, sağalanların sayının artması virusla mübarizədə qüvvələrin səfərbər edilməsinə təkan verəcək.

Bu hal neçə müddət davam etsə, vəziyyət təhlükəli həddən çıxar?

Cebhe.info mövzu ilə əlaqədar baş infeksionist Cəlal İsayevlə əlaqə saxlayıb.

O bildirib ki, hazırda vəziyyəti nəzarət altına almaq mümkün olub:

"Dəqiq vaxtı demək olmaz, amma hesab edirəm ki, hazırda vəziyyət nəzarətdədir. Əgər həftənin sonuna qədər belə davam edərsə, yəqin ki, bu məsələyə bir də baxılacaq. Neçə vaxtdır yoluxma sayında stabillik qeyd olunur, artıq dünəndən sağalanların sayı yoluxanlardan çox olub".

Vəziyyətin artıq nəzarət altına alına bildiyini qeyd edən həkim bildirib ki, nəticələr hərtərəfli əsaslandırılıb, təhlil edildikdən sonra təhlükəli həddin sona çatma tarixini dəqiq demək olar:

"Bizim də əsas məqsədimiz odur ki, yoluxmaların sayı azalsın və vəziyyət nəzarət altına alınsın. Bunlara nail olsaq, artıq mən deyərdim ki, nail oluruq, təhlükəli vəziyyətdən çıxacağıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.